Bakıda “Qardaşlıq sərgisi” keçiriləcək
Tarix: 30.11.2017 | Saat: 15:08:00 | E-mail | Çapa göndər
Ümummilli lider Heydər Əliyevin 17 avqust 1999-cu ildə gəldiyi zəlzələ bölgəsi Kocaelidə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəllə birlikdə çəkilən fotoşəkilləri Bakıda "Qardaşlıq sərgisi" adı altında sərgilənəcək. Bu haqda “Palitra”ya Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar məlumat verib.
Qeyd edək ki, sərgi 11-14 dekabr tarixləri arasında Bakıda Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi Bələdiyyəsi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərginin bu tarixdə açılmasının bir səbəbi də 12 dekabr - ulu öndər Heydər Əliyevin vəfatı günü olmasıdır.
Bilal Dündar deyib ki, keçdiyimiz əsrin ən böyük zəlzələ fəlakətlərindən biri olan Kocaeli-Gölcük mərkəzli bu zəlzələnin ardından yaraların sarılması üçün ilk gələn dövlət qardaş Azərbaycan oldu: “12 dekabr 2003-cü ildə dünyasını dəyişən ümummilli lider Heydər Əliyev “Qardaşım” dediyi Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə 1999-cu ildə Kocaelidə görüşmüş, həmçinin də tırlar dolusu yardım gətirmişdi. O ağrılı günlərdə hörmətli Heydər Əliyev və Süleyman Dəmirəl birlikdə zəlzələdən əziyyət çəkən vətəndaşlarla da görüşüb, dərdlərinə məlhəm olmağa çalışdılar. Bundan 18 il əvvəl bu ağrılı gündə reallaşan görüşdə Heydər Əliyev ilə Süleyman Dəmirəlin jurnalist Mustafa Bağdiken tərəfindən çəkilən, səmimi duyğular daşıyan fotoşəkilləri Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası olaraq sərgilənmək qərarına gəldik.
İllərcə Kocaelidə “Hürriyet” və “Doğan” xəbər agentliklərinin bölgə nümayəndəliyini edən və ötən il təqaüdə çıxan Mustafa Bağdiken, bu il də "İzmit Yaddaşı" adıyla, aralarında 40 illik fotoşəkillər olan iki sərgi açmışdı. Mustafa Bağdikenin 18 il əvvəl çəkilən 50-yə yaxın köhnə fotoşəkilləri günümüzün texnologiyası ilə bərpa edilib”.
Nəsimi Bələdiyyəsi ilə İzmit Bələdiyyəsinin qardaş bələdiyyələr olduğunu deyən Bilal Dündar Bakıda ayrıca böyük və gözəl bir parka İzmit Parkı adının verilməsi istiqamətində işlərin görüldüyünü dedi.
TADEF rəhbəri 2018-ci ildə Xocalı soyqırımı ilə bağlı Türkiyədə keçirəcəkləri tədbirlər haqqında da danışdı: “Bir millət, iki dövlət” anlayışı və qüruru ilə tarix qarşısında məsuliyyətimizi səmimiyyət və fədakarlıq ilə yerinə yetirmək üçün işlərimizi davam etdiririk. Xocalı şəhidlərini əsla unutmamaq və unutdurmamaq bizlərin tarixi vəzifəsidir. Eyni duyğu və düşüncələri yaşatmaq üçün önəmli işlər görürük. Belə ki, Federasiyamızın təşkilatçılığı ilə Kocaelinin Körfəz mahalında Bələdiyyəmizin dəstəyi ilə müstəsna bir yerdə Xocalı Şəhidlər Abidəsinin və parkların 26 fevral günü təntənəli şəkildə açılışı ediləcək. 27 fevral tarixində Sakaryada Bələdiyyənin köməyi ilə Xocalı Genosid adı ilə park içində olan abidənin açılışı olacaq. Hər iki yerdə də elm adamlarımızın iştirakı ilə konfrans keçiriləcək. Abidələrin olduğu parkların açılış günü Azərbaycan-Türkiyə bayraqları ilə təchiz edilib, qardaşlıq və dostluğumuzu ifadə edən afişalar asılacaq. Bu tədbirlərə Azərbaycandan millət vəkilləri, elm adamları və QHT nümayəndələri dəvət ediləcək”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
ADNSU-da Tələbələrin 66-cı elmi-texniki konfransının yekun iclası keçirilib
11.12.2017
Azərbaycanda kosmonavtikanın inkişafı geniş vüsət alıb
11.12.2017
“Həyat Fondu” 300-ə yaxın xəstənin sağlamlığa qovuşması üçün yardımçı olub
11.12.2017
DİA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
BANM-də Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info