Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində Qarabağ geyimlərinin dəb sərgisi keçirilib
Tarix: 01.12.2017 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Səmərqənddə “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində konsert proqramı və Qarabağ geyimlərinin dəb sərgisi keçirilib.
Tədbirdə Səmərqənd şəhər hakimiyyətinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin, Səmərqənd Dövlət Universitetinin (SDU) rəhbərliyi, bu qədim şəhərdə yaşayan Azərbaycan diasporunun nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Çıxış edən natiqlər milli geyimlərin hər bir xalqın tarixini, mədəniyyətini, ənənələrini nümayiş etdirdiyini, azərbaycanlıların Qarabağda yaratdığı zəngin mədəni irsin bütün dünyada maraqla qarşılandığını qeyd ediblər.
Heydər Əliyev Fondunun dünyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verən AMM-nin direktoru Samir Abbasov Şərqin ən zəngin musiqi ənənələrinə malik Azərbaycanın türkdilli xalqlarla, həmçinin Özbəkistanla olan dostluq və qardaşlıq ənənələrindən söhbət açıb.
Sonra iştirakçılar Azərbaycan mədəniyyəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal altında olan ərazilərdə milli mədəni irsimizin və abidələrimizin dağıdılmasına dair videomateriala baxıblar.
SDU-nun tələbələri tədbirdə AMM-nin kolleksiyasında olan Qarabağ geyimlərini nümayiş etdiriblər. Sərgidə XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi, əhalinin geyim mədəniyyəti, əyani-vizual görüntüləri və geyimləri tamamlayan bəzək elementləri təqdim olunub.
Tədbirdə nümayişlə paralel olaraq mədəniyyətimizin beşiyi olan Qarabağda azərbaycanlıların yaratdığı zəngin geyim mədəniyyəti, Qarabağ xanları dövründə istifadə olunan mərasim, toy, şənlik geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib.
“Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdirilən Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları anşlaqla qarşılanıb.
Sonda rəmzi olaraq geyimləri nümayiş etdirən tələbələr hər iki ölkənin bayraqları ilə səhnəyə çıxıblar.
Sərgidən sonra gənc özbək müğənniləri Azərbaycan və özbək xalq mahnılarını ifa ediblər.
AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının çıxışı, tələbələrin Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info