“Bizi çətin sınaq gözləyir”
Tarix: 01.12.2017 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Dekabrın 2-dən 7-dək İranın İsfahan şəhərində təşkil ediləcək “4 Top Nations” beynəlxal turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silvanın iştirakı ilə bu gün Bakı İdman Sarayında brifinq keçirilib. Da Silva yekun heyəti sabah açıqlayacağını bildirib:
“Hazırlığa 3 gün əvvəl başlamışıq. Bu az müddətdir, amma turnirə yaxşı hazırlaşmaq üçün səylə çalışırıq. Bilirik ki, bizi çətin sınaq gözləyir. Millinin əksər üzvləri “Araz”ın heyətində yer aldığından işimiz nisbətən yüngüldür.
Məşqlərə 17 futzalçı dəvət edilib, amma turnirə 14 oyunçu ilə yollanacağıq. Səfərə aparacağım oyunçuların adlarını sabah keçirəcəyimiz məşqdən sonra açıqlayacam”.
Braziliyalı mütəxəssis Vitali Borisovun yığmadan kənarda qalmasına da aydınlıq gətirib:
“Hazırkı heyətdə yer alan futzalçılardan yalnız Vassoura karyerasını ölkə xaricində davam etdirir. Onun yığmanın düşərgəsinə yaxşı vəziyyətdə qoşulduğunu qeyd edə bilərəm. Vitali Borisovun yığmadan kənarda qalması isə onun öz istəyi ilə bağlıdır. Bir neçə gün əvvəl öz klubu ilə UEFA kubokun elit-raundunda çıxış edib, gərgin çempionat oyunları keçirib. Buna görə milliyə çağırılmamasını istəyib.
Turnir çərçivəsində İran, Rusiya və Qazaxıstan kimi güclü rəqiblərlə qarşılaşacağıq. Rusiya dünya çempionatının finalçısı, İran isə bürünc medalçısıdır. Qazaxıstan da mundialda iştirak edib, üstəlik ötən il keçirilən Avropa çempionatında bürün medal qazanıb. Güclü rəqiblərlə oyunlar bizə böyük fayda verəcək”.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info