“Cəngi” caz qrupu Fransada konsert verib
Tarix: 04.12.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Fransanın Silly-Thillard şəhərində “Cəngi” etno-caz qrupunun iştirakı ilə etno-caz musiqisindən ibarət konsert proqramı təqdim edilib.
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı ilə keçirilən konsert xeyriyyə məqsədlə reallaşıb.
Silly-Thillard şəhərinin meri Jan Vertadye çıxış edərək konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycan Dostlari Assosiasiyasına təşəkkür edib.
Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihələri haqqında məlumat verib. Ölkəmizin qədim tarixə və mədəniyyətə malik olduğunu söyləyən natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirin əhəmiyyətindən danışan J.F.Mansel qeyd edib ki, bu kimi layihələr Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı, azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını bir daha sübut edir. O, Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib.
Sonra Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və “Cəngi” etno-caz musiqi qrupu haqqında məlumat verib. M. Fətəliyeva muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 1992-ci ildə məşhur caz ifaçısı Rafiq Babayev tərəfindən əsası qoyulan “Cəngi” qrupu, 2002-ci ildən etibarən Əməkdar Artist Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Musiqi qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək milli sərvətimiz olan muğam və caz janrını sintez edərək onu yeni çalarlarla, özünəməxsus impovizasiyalarla musiqisevərlərə çatdırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10915

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info