Yunanıstanın Azərbaycandakı səfirinin Bakıda ilk sərgisi
Tarix: 04.12.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, “United Cultures” beynəlxalq təşkilatının və Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə dekabrın 7-dək Bakıda Yunanıstan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində “Landmark” biznes mərkəzində Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellosun ilk dəfə rəsm əsərləri sərgilənib.
Sərginin açılış mərasimində çıxış edən səfiri N.Kanellos qonaqları salamlayıb, sərginin təşkilində göstərdikləri dəstəyə görə hər kəsə təşəkkür edib. Diplomat deyib ki, tədbirin keçirilməsində məqsəd paytaxt sakinlərini və qonaqları Yunanıstanın qonaqpərvərliyi və mədəniyyəti ilə yaxında tanış etməkdir. Azərbaycanda yunan mədəniyyətini öz istedadı ilə bölüşməkdən məmnun olduğunu qeyd edən diplomat, gələcəkdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün bir sıra tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Səfir bildirib ki, sərgi çərçivəsində 35 rəsm əsəri təqdim olunub, onlardan bir neçəsi məhz Azərbaycanda çəkilib. Bu rəsm əsərlərinin hər birində o, öz yunan ruhunu və ölkəsinə olan sevgisini nümayiş etdirir. Nikolaos Kanellos gələcəkdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində yunan filmləri də nümayiş olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
20.10.2020
Erməni əsilli aktrisadan Azərbaycana dəstək…
18.10.2020
“Azərbaycan rüzgarı” yenidən Türkiyə ekranlarında

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info