Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib
Tarix: 04.12.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
Avropa Femidası məhdud etnik mif yaradıcılığı üzərində özünün növbəti qələbəsini qeyd edib. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Mərcan və başqaları İsveçrəyə qarşı” işi üzrə qəti hökm çıxararaq belə adlandırılan “erməni soyqırımı”nı inkar etməkdə ittiham olunan üç türk (Əli Mərcan, Həsən Kemaxlı, Ədhəm Kayalı) barəsində İsveçrə məhkəməsinin qərarını bu şəxslərin hüquqlarının pozulması hesab edib. Elə həmin İsveçrə məhkəməsi ilə diskussiyada özünün haqlı olmasını müvəffəqiyyətlə sübut etmiş və bu məsələdə dünyaya hüquqi presedenti vermiş Doğu Perinçek ilə bağlı halda olduğu kimi, bu dəfə də AİHM elmi mühitdə 1915-ci il hadisələri barəsində konsensus olmadığını və müxtəlif fikirlər mövcud olmasını təsdiq etdi. Həmçinin bu hadisələrlə Holokost arasında dəqiq tarixi və hüquqi ayırıcı hədd olduğunu göstərərək bildirdi ki, 1915-ci il hadisələrindən fərqli olaraq, Holokost məhkəmə tərəfindən müəyyən edilmiş tarixi faktdır və onun inkar edilməsi cinayətdir.
Beləliklə, məhkəmə “erməni soyqırımı” haqqında materialın tarixi və ya hüquqi fakt kimi deyil, rəy kimi statusunu təsdiq etməklə, iddiaçıların bu materialla razılaşmadığına və onu inkar etdiyinə görə İsveçrə tərəfindən təqib olunmasını İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ilə zəmanət verilmiş özünüifadə azadlığının pozulması hesab etdi.
Qərar məhkəmə kollegiyası tərəfindən yekdilliklə qəbul edildi və 2015-ci ilin oktyabrında “Perinçek İsveçrəyə qarşı” işində qərardan sonra yaranmış vəziyyətdən fərqli olaraq, bu dəfə məhkəmə kollegiyasının ayrı-ayrı üzvləri tərəfindən heç bir əlavə bəyanat səslənmədi. Əvvəlki presedentdən daha bir fərq ondan ibarətdir ki, bu dəfə məhkəmə İsveçrənin iddiaçılara 4988 avro və 25 min 156 avro məbləğində təzminat ödəməsini qərara alıb.
Amma Perinçekin iddiası üzrə prosesdən ən mühüm fərq ondan ibarətdir ki, bu dəfə Ermənistan və erməni diasporu İsveçrə hökumətinə təzyiq göstərmir ki, o, birinci instansiya məhkəməsinin qərarına etiraz etsin. Ermənistan həm də öz məğlubiyyətləri ilə ad çıxarmış “məşhur” vəkil Amal Kluninin xidmətlərindən bir daha istifadə etməyə və Kluni-Robertson duetinin dediyinə görə, iki il bundan əvvəl - 2015-ci il oktyabrın 15-də “qazanılmış” öz “qələbə”sini (qələbə sözünü erməni anlamasa da) təkrarlamağa tələsmir. Xatırladaq ki, o vaxt AİHM-in Böyük Palatası Məhkəmənin 17 dekabr 2013-cü il tarixli qərarına qarşı İsveçrə hökumətinin apelyasiyasına baxıb, aşağı instansiya məhkəməsinin hökmünün bütün müddəalarını qüvvədə saxlamış, lakin Amal Kluni bunu Ermənistanın “qələbə”si adlandırmışdı.
Nə deyək, əgər Ermənistan AİHM-in budəfəki hökmünə görə də özünü “xoşbəxt” hesab edirsə, çox yaxşı. Əsas məsələ odur ki, 1915-ci il hadisələrini fakt deyil, rəy hesab edənlər də xoşbəxtdirlər. Onlar yalnız Holokostu, keçmiş Yuqoslaviyada Bosniya müsəlmanlarına və Ruandada tutsi qəbiləsinə qarşı törədilmiş qırğınları soyqırımı hesab edirlər.

Ermənistan rəsmilərinin xaricdəki fəaliyyətləri də narazılıq yaradır

Yeri gəlmişkən, Ermənistan rəsmilərinin xaricdəki fəaliyyətləri də narazılıq yaradır. Hətta bu haqda Ermənistan mətbuatı da yazır. Belə ki, Ermənistanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Andranik Manukyanın adı ətrafında son zamanlar qaranlıq işlər baş verir. “Aykakan Jamanak” qəzeti xəbər verir ki, Manukyanın başı üzərində qara buludlar toplaşır. Mənbələrin məlumatına görə, nə Ukrayna, nə də ki Ermənistan XİN-də Manukyanın işi bəyənilmir, daha doğrusu, onun fəaliyyəti ilə əlaqədar narazılıq yaranıb.
“Andranik Manukyan Ermənistan XİN-i üçün əsl baş ağrısına çevrilib. Ermənistan-Ukrayna münasibətlərini, Ukraynada baş verən daxili inkişafı, Ukrayna və bizim strateji müttəfiqimiz və əsas tərəfdaşımız - Rusiya ilə münasibətləri nəzərə alsaq: Ermənistanın Ukraynadakı səfiri yüksək hazırlıqlı, peşəkar olmalı, həssas və ciddi işi aparmağı bacarmalıdır. Amma Andranik Manukyanın bacarıqları tələblərə uyğun gəlmir, bundan başqa, o yalnız şəxsi biznesi üçün mühüm və böyük iş aparır”, - deyə nəşr yazır.
Erməni KİV-də yayılan məlumatlara görə, səfirdən narazılığa səbəblərdən biri onun cari ilin aprel ayında Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilə görüşü olub.
Əslində isə bu hadisənin tarixçəsinin kökləri ermənilərin Ukraynanın XİN rəhbəri Pavel Klimkinin ötən aylarda GUAM və əsasən də Azərbaycanın ərazi bütövlüyünə dair etdiyi bir neçə bəyanatlara görə yaranan qəzəbinə gedib çıxır. Halbuki ukraynalı nazir yeni heç bir şey deməyib. O, sadəcə, Ermənistanın Azərbaycana qarşı təcavüz aktının həyata keçirdiyi faktını təsdiqləyib. Kiyev heç əvvəllər də Yerevanın Qarabağ üzrə heç bir mövqeyini dəstəkləməyib. Buna baxmayaraq, erməni ekspert cəmiyyəti təşvişə düşərək Yerevandan Kiyev ilə təcili əlaqə yaratmağı tələb edib.

“Ermənistan dövlətinə radikal siyasət yürüdən erməni kilsəsi rəhbərlik edir”
Görünüşə baxılırsa, Manukyandan gözləntilər çox yüksək olub. Erməni məntiqinə görə, diplomat Klimkinəa təzyiq üçün vasitələrdən istifadə etməli, Ukraynanın DİN rəhbəri, milliyyətcə erməni olan Arsen Avakovu da bu işə cəlb edərək Klimkini susmağa məcbur etməli idi. Amma diplomat müsahibələrindən birində Ermənistanın Ukraynadakı səfirliyinin bu qəbildən olan bəyanatlardan narahat olduğunu şərh etmək istəməyib. Bundan sonra erməni mətbuatında Manukyana qarşı çıxışlara start verilib... Bu fonda Ukraynada fəaliyyət göstərən bir sıra regional erməni icmalarının rəhbərləri Manukyanı müdafiə məqsədilə çıxışlar edib: “Son günlərdə Ukrayna erməniləri təəccüb və qəzəblə bəzi erməni KİV-də məqsədyönlü şəkildə, Ermənistan Respublikasının Ukraynadakı səfirliyinin və şəxsən səfir Andranik Manukyanın işinə istiqamətlənmiş yanlış informasiyanın yayılmasını müşahidə edir. Biz aşağıda imza edənlər, tam məsuliyyətlə bəyan edirik ki, bu qəbildən olan informasiya həqiqətə uyğun deyil və bu, “əməliyyatın” əsl sifarişçisi barədə çoxsaylı suallar meydana çıxarır. Ermənistanın Ukraynadakı səfirliyinin Ukraynanın erməni diasporu ilə səmərəli formatda həyata keçirilən müştərək işini məhv etmək kimə lazımdır? Bir cavab var - erməni xalqının düşmənlərinə. Səfir Andranik Manukyanın diskredisasiyası cəhdinin Ukraynadakı Azərbaycan təxribat makinasının növbəti uğursuzluqları ilə sinxronlaşdırılması da ədalətli narazılıq yaradır. Öz növbəmizdə biz bu utandırıcı faktdan qəzəblənir, Ermənistanın səlahiyyətli orqanlarını Ukrayna erməniləri və Ermənistanın Ukraynadakı səfiri Andranik Manukyana dair Azərbaycan təxribatının postulatlarını təkrar edən bəzi erməni KİV-inin şübhəli fəaliyyətini araşdırmağa çağırırıq”, -deyə bəyanatda deyilir.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun sözlərinə görə erməni diasporuna, Ermənistan səfirliyinə, eləcə də Ermənistan dövlətinə radikal siyasət yürüdən erməni kilsəsi rəhbərlik edir.
“Çox güman ki, Ukraynada regional erməni icmaları sədrlərinin imzaya dair bəyənatı da elə Manukyanın özü tərəfindən yazılıb. Məqsəd “canını qurtarmaq üçün” bu ölkədə çoxsaylı erməni diasporunu istifadə etməkdir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
01.12.2017
Brüssel Sammitinin ismarıcı: münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında həllini tapmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info