III-V əsrə aid parça qalıqları bərpa edilib
Tarix: 05.12.2017 | Saat: 12:19:00 | E-mail | Çapa göndər
E.Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Nataliya Sinitsına Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib.
Bu barədə AZƏRTAC-a Xalça Muzeyindən məlumat verilib.
Nataliya Sinitsınanın sözlərinə görə, bərpa edilən parça qalıqları çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin, mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir”, – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirib.
Xatırladaq ki, Şamaxı rayonu ərazisində Dəmirçilər-Lahıc yolunun tikintisi zamanı rayonun Dəmirçilər kəndi yaxınlığındakı ərazidə qədim qəbirlər tapılıb. Həmin qəbirlərdə aparılan qazıntılar zamanı qəbirlərdən birinin baş hissəsində iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb.
Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. O cümlədən Azərbaycanda boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından da maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan muzeylərində belə nadir nümunələr azdır, bu tapıntı elmi-tarixi nöqteyi-nəzərdən də əhəmiyyətlidir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Mirəli Seyidovun Türkiyədə nəşr olunmuş kitabı MEK-ə daxil olub
25.05.2018
İrəvan teatrının kollektivi İbrahimbəyovun xəyanətkar mövqeyini pisləyib
25.05.2018
Elşad Qocanın növbəti kitabı çap olunub
25.05.2018
“Sən niyə erməni qəddarlığını, riyakarlığını nə vəchlə olursa-olsun azərbaycanlılara peyvənd etmək istəyirsən?”
25.05.2018
“Kimdir müqəssir?!” Gənc Tamaşaçılar Teatrında

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9308

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”


25.05 22:30
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info