Azərbaycan Xalça Muzeyində III-V əsrə aid olduğu güman edilən parça qalıqları bərpa olunub
Tarix: 05.12.2017 | Saat: 14:57:00 | E-mail | Çapa göndər
Azərbaycan Xalça Muzeyində E. Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin Dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Nataliya Sinitsına muzeyin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib. Nataliya Sinitsınanın sözlərinə görə, bu, çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin,  mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir” – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirir.  
Xatırladaq ki, Şamaxı rayonu ərazisində Dəmirçilər-Lahıc yolunun tikintisi zamanı rayonun Dəmirçilər kəndi yaxınlığındakı ərazidə qədim qəbirlər aşkarlanıb. Həmin qəbirlərdə aparılan qazıntılar zamanı qəbirlərdən birinin baş hissəsində iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb. Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. O cümlədən Azərbaycanda boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından da maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan muzeylərində belə nadir nümunələr azdır, bu tapıntı elmi-tarixi nöqteyi-nəzərdən də əhəmiyyətlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16.02.2018
Emin Sabitoğlu haqqında yeni kitab nəşr olunub
15.02.2018
“Müsəlman dünyasının islahatı” kitabı Strasburqda çapdan çıxıb
14.02.2018
Bakıda Sven Marquardın sərgisi açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info