Zaqatalada quru tütün istehsalı 363 ton artıb
Tarix: 05.12.2017 | Saat: 16:34:00 | E-mail | Çapa göndər
Respublikamızın ən iri tütünçülük rayonlarından olan Zaqatalada builki mövsümdə 891 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 363 ton və ya 1,7 dəfə artıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərib. Belə ki, 2017-ci ildə rayonda tütünçülük sahəsində 2236 nəfər işlə təmin olunub.
Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib. Gəlirli və ixrac potensialı yüksək sahələrdən olan tütünçülüyün inkişafına dövlət tərəfindən böyük diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Rayonun Faldarlı kəndindən olan fermer Məmmədxan Məmmədov bu il ilk dəfə 22 hektar sahədə tütün yetişdirib. Fermer cari mövsümdə emal məntəqəsinə 110 ton yaşıl tütün kütləsi təhvil verib, eyni zamanda, 3,8 ton quru tütün istehsal edib. Mövsüm vaxtı onun təsərrüfatında 30 nəfərədək işçi çalışıb.
Məmmədxan Məmmədov tütünçülüklə yanaşı, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur. Fermer bu il Dağlı kəndinin ərazisində 25 hektar sahədə qarğıdalı əkib, həmçinin baxımsız vəziyyətdə olan 200 hektar fındıq bağının bərpası üçün zəruri tədbirlər həyata keçirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır
27.05.2018
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
27.05.2018
“Beynəlxalq hüquq son vaxtlar ümumiyyətlə işləmir“
26.05.2018
BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
26.05.2018
“Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik“

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9313

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
5 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info