Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir
Tarix: 05.12.2017 | Saat: 16:54:00 | E-mail | Çapa göndər
Tikanlı subtropik bitki olan əzgil qədim zamanlarda möcüzəli və sehrli ağac sayılırdı. Məsələn, səyahətə çıxan dərvişlər özlərini bədbəxt hadisələrdən qorumaq üçün əzgil ağacından hazırlanmış əsa gəzdirirdilər. Ana olmağa hazırlaşanlar isə hamiləliyin uğurlu keçməsi üçün boyunlarına həmin ağacdan düzəldilmiş həmayil asarmışlar.
Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir. AZƏRTAC tibbi nəşr və mənbələrə istinadən xəbər verir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək ağrılarını yüngülləşdirir. Əzgil şirəsi böyrək daşlarını parçalayır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır.
Əzgil meyvəsi ağacdan dərilib bir müddət saxlanandan sonra yeyilir. Həmin müddətdə meyvə bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur.
Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir.
Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı təsir göstərir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, onların qanamasını azaldır, ağızda iltihablara qarşı mübarizə aparır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Zirə, Türkan və Pirallahıda su təchizatının yenilənməsinə vəsait ayrıldı
11.12.2017
Azərbaycana 2,5 milyona yaxın xarici vətəndaş gəlib
11.12.2017
Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub
11.12.2017
“Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığı daha da genişləndirilməlidir”
11.12.2017
Prezident Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info