Rus yazıçı erməni daşnaklarının dağıdıcı xislətindən yazıb
Tarix: 05.12.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər
Rusiyalı yazıçı və tədqiqatçı Dmitriy Preobrajenski SSRİ-nin parçalanması səbəblərinə həsr olunmuş “Bjezinski dedi - Qorbaçov etdi” ("Bjezinskiy skazal - Qorbaçevs delal") kitabında Dağlıq Qarabağ münaqişəsinə, erməni daşnaklarının dağıdıcı fəaliyyətinə geniş yer ayırıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, kitabda SSRİ-nin dağılma səbəbləri ətraflı təhlil edilir, ilk növbədə erməni lobbisinin, ermənilərin terrorçu və siyasi təşkilatlarının buradakı rolu açıqlanır. Nəşrdə XVIII-XX əsrlərdə çar Rusiyası tərəfindən ermənilərin kütləvi şəkildə Qafqazda və digər bölgələrdə yerləşdirilməsi, erməni kilsəsinin və zənginlərinin dəstəyi ilə XX əsrin əvvəllərində Qafqazda və çar Rusiyasının digər bölgələrində genişmiqyaslı terror aktları törədən “Qnçak” və “Daşnaksutyun” kimi erməni milli təşkilatlarının yaradılması təsvir olunur. 1905-07-ci illərdə erməni təşkilatlarının dağıdıcı rolunu xüsusi qeyd edən müəllif artıq rus tarixçilərinin bu prosesləri inqilab deyil, dağıdıcı terror hərəkatı kimi qiynmətləndirdiyini vurğulayır. Dmitriy Preobrajenski, həmçinin, daşnakların asanlıqla bolşeviklərə çevrilməsini və sovet dövründə də özlərinin dağıdıcı fəaliyyətini davam etdirməsini təsvir edir. Müəllif SSRİ-nin parçalanmasının ilk səbəbi kimi Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun komandasındakı erməni millətindən olan yüksəkçinli məmurların dəstəyi ilə ermıni milliyyətçilərinin başlatdığı Dağlıq Qarabağ münaqişəsini göstərir. Onun fikrincə, bu münaqişə vasitəsilə SSRİ-nin parçalanması başlayıb və indi aydın olur ki, xaricdəki erməni lobbisi Qərbin siyasi dairələrinin sifarişi əsasında milli münaqişələri qızışdıraraq Sovet İttifaqının parçalanması prosesinə start verib. Qeyd edək ki, Dmitriy Preobrajenskinin “Bjezinski dedi - Qorbaçov etdi” kitabı mövsümün ən populyar nəşrləri arasındadır və bu il Rusiyada ən çox satılan nəşrlər siyahısındadır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
11.12.2017
Xəyanəti peşəyə çevirənlər
08.12.2017
“Leyla Yunusun parlaqlığı və səfaləti“ kitabının təqdimatı keçirilib
07.12.2017
Özbəkistan Bakı-Tbilisi-Qars layihəsinə qoşulacağı vaxtı açıqlayıb
07.12.2017
Qazanılan uğurlar gələcəyə nikbin baxmağa əsas verir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info