Ən effektiv və uğurlu şirkətlərin reytinqi açıqlanıb
Tarix: 06.12.2017 | Saat: 14:05:00 | E-mail | Çapa göndər


ABŞ iqtisadçısı Piter Drukerin əsas ideyaları əsasında qurulan ən effektiv və uğurlu 250 şirkətin reytinqi dərc olunub. Siyahıda ikinci yeri tutan “Apple” korporasiyası liderliyi “Amazon” şirkətinə verib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “iPhone” istehsalçısı dünyanın ən bahalı korporasiyası olmasına baxmayaraq birinci yeri tuta bilməyib. P.Druker reytinqində maliyyə uğurları ilə yanaşı, alıcıların şirkətlərin fəaliyyətindən məmnunluğu və onların yaratdıqları innovativ məhsulların cəmiyyətə təsiri nəzərə alınır.
Bildirilir ki, reytinq tərtibatçıları ABŞ-da fəaliyyət göstərən 608 şirkəti tədqiq edərək onları xüsusi sistem vasitəsilə 37 parametr üzrə qiymətləndiriblər. Tədqiqat zamanı şirkətlərin maliyyə göstəriciləri, onların patentləri və “Glassdoor” iş axtarışı saytının istifadəçilərinin fikirləri nəzərə alınıb.
Məlumata görə, TOP 250-də üçüncü yeri “Google” şirkəti tutub. İlk onluğa, həmçinin “Microsoft”, “Cisco” və “Nvidia” şirkətləri daxildir.
“Apple” şirkəti tez-tez müxtəlif reytinqlərdə yer alaraq lider mövqelər tutur. Məsələn, bu yaxınlarda şirkət ən yaxşı işəgötürənlər reytinqində dördüncü yerə layiq görülüb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq
17.08.2018
“Forbes” jurnalı ən yüksək maaşlı aktrisanın adını açıqlayıb
16.08.2018
Yapon alim insanın üz ifadəsini təkrarlayan robot hazırlayıb
15.08.2018
Müəllimlər tətil etdi, 400 min şagirdin məşğələsi ləğv olundu
15.08.2018
Vyana 2018-ci ildə yaşamaq üçün ən rahat şəhər elan edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info