Dron operatorları uçuşların təhlükəsizliyi üzrə imtahan verəcəklər
Tarix: 06.12.2017 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Böyük Britaniyada dron sahibləri uçuşların təhlükəsizliyi üzrə imtahan verməli olacaqlar. Bu tələb hazırda Böyük Britaniya hökuməti tərəfindən hazırlanan dronların yeni uçuş qaydalarında yer alıb. Britaniya hökumətinin saytında dərc olunan xəbərə əsasən, qanun layihəsi 2018-ci ilin yaz aylarında elan ediləcək. Yeni qaydalar həmin il qüvvəyə minə bilər.
Hazırda Böyük Britaniyada “Dronların kodeksi” qüvvədədir. Bu, kütləsi 20 kiloqramdan çox olan aparatların qeydiyyatdan keçirilməsi və lisenziyalaşdırılmasının tələb edildiyi qaydalar toplusudur. Dronların uçuşları 120 metrədək yüksəklikdə operatorun birbaşa görünmə zonasında yerinə yetirməlidir. Kameralara malik olan şəxsi dronlara insanlar, binalar və avtomobillərə 50 metrdən daha yaxın məsafəyə uçmaq olmaz. Bundan başqa, insanların toplandığı və kütləvi tədbirlərin keçirildiyi yerlərdən 150 metr radiusda uçuşlar, həmçinin hava limanlarına yaxın uçuşlar qadağan edilib.
AZƏRTAC xəbər verir ki, düzəlişlər qüvvədə olan qaydaları sərtləşdirəcək. Xüsusilə, kütləsi 250 qramdan çox olan dronların qeydiyyatdan keçirilməsi məcburi olacaq. Dronu satın alan şəxs onun qeydiyyatdan keçirilməsi üçün təhlükəsiz uçuş qaydaları üzrə imtahan verməli olacaq.
Sənəddə, həmçinin qeyd edilir ki, bu gün Böyük Britaniyada “Dronların kodeksi” qüvvədə olsa da, operatorlar bu qaydalara çox vaxt riayət etmirlər. Yeni qaydalarda polis xüsusi məhkəmə icazəsi olmadan dronların detallarını və ya bütöv aparatları müsadirə etmək hüququ əldə edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Qripə qarşı “universal” nanovaksin yaradılıb
14.08.2018
Qarışqa brilyant oğurlamağa çalışdı
14.08.2018
Ailəsinə əsəbləşdi, təyyarəni evinə çırpdı
13.08.2018
Dronlar kənd təsərrüfatında
13.08.2018
Həddən ziyadə fiziki fəallıq ziyandır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9859

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info