İmişlidə “Şəkər Bayramı“ qeyd edilib 
Tarix: 06.12.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər
Şəkər çuğunduru istehsalı ilə məşğul olan fermerləri stimullaşdırmaq, eləcə də cari ilin məhsul yığımının həyata keçirilməsi münasibətilə İmişli rayonu İcra Hakimiyyəti və “Azərsun Holdinq”in təşkilatçılığı ilə ənənəvi Şəkər Bayramı təşkil edilib. “Azərsun Holdinq”dən verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyəti, "Azərsun Holdinq"in nümayəndələri, millət vəkilləri, rayon sakinləri və şəkər çuğunduru becərən fermerlər iştirak ediblər. İlk olaraq, İmişli rayonu İcra hakimiyyətinin rəhbəri Vilyam Hacıyev, "Azərsun Holdinq" nümayəndələri və millət vəkilləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam edib.
Sakinlər qarşısında çıxış edən İmişli rayonu İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə və xüsusi ilə regionlarda olan sosial-iqtisadi inkişafdan bəhs edib, İmişli rayonunda da aparılan quruculuq işlərindən ətraflı məlumat verib. İmişli Şəkər Zavodunun bu rayonun həyatında oynadığı müstəsna roldan danışıb, məhz "Azərsun Holdinq"ə məxsus bu şəkər zavodunun sayəsində İmişli rayonu özünü maliyyələşdirən rayona çevrildiyini xüsusi vurğulayıb.
Daha sonra çıxış edən "Azərsun Holdinq"in məhsul qrup direktoru Mehran Məmmədov hər kəsi salamlayaraq bayram münasibətilə təbrik edib. O, zavodun tikintisinə 2003-cü ildə məhz ulu öndər Heydər Əliyevin xeyir-duası və məsləhətləri ilə başlanıldığını və 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən açıldığını bildirib. Natiq həmçinin, bu müəssisənin MDB məkanında ən böyük olduğunu söyləyib və dünyanın aparıcı dövlətləri ilə rəqabətə davam gətirmək məqsədilə zavodun bütün texniki qurğularının yenidən qurulduğunu və ilk dəfə olaraq bu il aylıq məhsul istehsalının 10000 tona, əkin sahələrinin 14 000 hektara, şəkər çuğundurunun ortalama şəkərlilik dərəcəsinin isə 15.1 faizə çatdırıldığını qeyd etdi. O həmçinin, respublikanın 40-a yaxın rayonunda 4000 nəfərdən artıq fermerin şəkər çuğundurunun becərdiyini və “Azərsun Holdinq”in bu və digər müəssislərində istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi adı altında digər ölkələrə də ixrac olunaraq Azərbaycanı layiqincə təmsil etdiyini söyləyib.
Daha sonra ölkənin tanınmış incəsənət xadimləri İmişli sakinləri üçün geniş konsert proqramı ilə çıxış ediblər. Bayrama İmişli Şəkər Zavodunda təşkil edilmiş ziyafətlə yekun vurulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçiriləcək
12.12.2017
“Ölkəmiz “Expo-2025”-in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq”
12.12.2017
Biləsuvarda ümummilli liderin xatirəsi yad edilib
12.12.2017
Şimal bölgəsində keçirilən anım mərasimlərində izdiham yaşanıb
12.12.2017
Naxçıvanda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info