“Azərbaycanda etika və komplayns“ mövzusunda konfrans keçirilib
Tarix: 06.12.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Bakıda "Azərbaycanda etika və komplayns" mövzusunda ilk konfransını təşkil edib.
"AmCham"dan AZƏRTAC-a bildiriblər ki, qurumun prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova bu tədbirin Azərbaycanda tətbiq edilən biznes təcrübələrinin müvafiq qanun, qayda və etik biznes davranışı prinsiplərinə uyğunluğunun təmin edilməsi və ölkənin biznes ictimaiyyəti daxilində komplayns mədəniyyətinin inkişafı baxımından vacibliyini vurğulayıblar.
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov palatanın ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini qeyd edib. O, konfransın Azərbaycanda şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizə və bürokratik əngəllərin aradan qaldırılması baxımından vacibliyini qeyd edib. N.Rəhimov deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müşahidə edilən müsbət dinamika, xüsusən də açıq hökumət prinsipləri və dövlət idarəçiliyində İKT-dən istifadənin genişləndirilməsi, məlumatlara çıxışda şəffaflığın təmini ictimai iştirakçılığın yüksəldilməsi və mülki vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa görə beynəlxalq korrupsiyaya qarşı mübarizə üzrə reytinqlərdə əksini tapıb. O, konfrans iştirakçılarını Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nailiyyətləri barədə məlumatlandırıb.
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru Elnur Hümbətov korrupsiya hallarına qarşı mübarizə ilə bağlı ibtidai istintaq zamanı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. E.Hümbətov 2016-cı və 2017-ci illərin birinci yarısında istintaqın başa çatmasından sonra məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı və onların təsnifatı barədə statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb. O, xüsusi olaraq korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının nisbətinin müvafiq olaraq 5 və 3 faiz azaldığını vurğulayıb. Qeyd edib ki, bu cür dinamika Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi fəaliyyətin müsbət göstəricisidir.
Konfrans "Təşkilatlarda effektli komplayns funksiyasının qurulması və tətbiqi" və "Təşkilatlarda korrupsiyaya qarşı auditin aparılması üzrə məsləhət və tövsiyələr" mövzusunda panel iclaslarda işini davam etdirib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Prezident Davos forumunda çıxış edəcək
18.01.2018
ABŞ-da 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı kampaniya
17.01.2018
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırıldı
17.01.2018
Bakı Paylayıcı Şəbəkəsinin yeni binası və yarımstansiyaların açılışı olub (Yenilənib)
17.01.2018
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info