Latviya hökuməti rusdilli məktəblərdə tədrisin latış dili ilə əvəzləyir
Tarix: 06.12.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər
Latviya hökuməti milli azlıqların məktəblərində tədrisin latış dilinə keçilməsi barədə Təhsil və Elm Nazirliyinin təklifini konseptual olaraq dəstəkləyib. Təhsil və Elm Nazirliyinin milli azlıqların məktəblərində tədrisin dövlət dilində aparılması barədə məruzəsində deyilir ki, bu islahat 2021-2022-ci illər tədris ilində tətbiq ediləcək. İslahat məktəbəqədər təhsilin bilinqval həyata keçirilməsini nəzərdə tutur. İbtidai olan 1-6-cı siniflərdə üç ikidlli tədris modelindən istifadə olunacaq, 7-9-cu siniflərdə fənlərin 80 faizi, 10-12-ci siniflərdə bütün tədris yalnız latış dilində aparılacaq. Məruzədə bildirilir ki, islahat layihəsi 2018-ci il fevralın 1-nə qədər ictimai müzakirəyə çıxarılmalı, təsdiq edilməsi üçün aprelin 30-na qədər hökumətə təqdim olunmalıdır. Latviyanın Baş naziri Maris Kuçinskis nazirliyin bu təklifini aydın, ardıcıl və başa düşülən təklif adlandırararaq vurğulayıb: "İslahatın gedişində təhsilin keyfiyyət göstəricilərinə diqqəti zəiflətmək olmaz". Təhsil və elm naziri Karlis Şadurskis öz tərəfindən bildirib ki, bu islahat sayəsində Latviyada latış dilinin mövqeləri addım-addım möhkəmlənəcək.




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
STP Tacikistanın Ravşan yarımstansiyasını kabellərlə təchiz edəcək
20.02.2018
“YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz»
20.02.2018
Nazarbayev fərman imzalayıb
20.02.2018
Ukraynalı gənclər də Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasını istəyirlər
19.02.2018
Armenianreport”: “Ermənistan tezliklə iflas təhlükəsi ilə qarşılaşacaq”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8443

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info