Moskvadan NATO-ya təklif
Tarix: 06.12.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Konstantin Kosaçev: “Alyans öz sıralarına yeni üzvlər qəbul etməyi dayandırmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməlidir”

Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Konstantin Kosaçev Avropada sabitliyin təmin edilməsi üçün NATO-ya yeni fəaliyyət proqramını qəbul etməyi təklif edib. Onun təklifinə görə, alyans öz sıralarına yeni üzvlər qəbul etməməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməli və Rusiya ilə ABŞ arasındakı raket əleyhinə sistemdən müdafiə ilə bağlı qarşılıqlı razılaşma əldə etmək üçün hazırlıqlar görməlidir. “Berlində keçirilən xarici siyasətlə bağlı forum zamanı bəzi Avropa ölkəsindən olan iştirakçıların ifadəsində gizli, digərlərində isə açıq şəkildə “indi necə olacaq?” ifadələri sezilirdi”- deyə Konstantin Kosaçev şəxsi bloqunda yazıb. Kosaçev NATO üçün hazırladığı "fəaliyyət proqramın"da alyansa üzv qəbulunu dondurmağı, alyansın 3 yeni üzvünün ərazisində yeni silahların yerləşdirilməməsi barədə əvvəlcədən qəbul edilmiş öhdəliklərə əməl etməyi təklif edir. O, həmçinin NATO-ya BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan hərbi fəaliyyətə başlamamağı öhdəlik kimi üzərinə götürməyi və təhlükəsizlik sahəsində digər Avropa strukturları ilə qarşılıqlı əlaqə yaratmağı təklif edib. Onun sözlərinə görə, KTMT-nin ATƏT-in himayəsi altında olması Rusiya üçün də vacibdir. Bunlardan əlavə, Kosaçev raket əleyhinə müdafiə sahəsində və Avropada silahların yerləşdirilməsi sahəsində qarşılıqlı qəbul edilən Rusiya-Amerika razılaşmalarının hazırlanmasının zəruriliyini xüsusi olaraq önə çəkib. Son zamanlar NATO-ya üzv ölkələr Avropada raket əleyhinə müdafiə elementlərini fəal şəkildə inkişaf etdirirlər. “RİA Novosti” yazır ki, Türkiyədə artıq NATO radarı quraşdırılıb. Ötən ilin may ayından Rumıniyada «Aegis Ashore» kompleksinin yerüstü sabit hissəsi fəaliyyətə başlayıb. Almaniyadakı Ramstein hava bazasında raket hücumlarını planlaşdırmaq üçün komanda mərkəzi yaradılıb. Rusiya dəfələrlə bəyan edib ki, NATO-nun hərbi infrastrukturunu inkişaf etdirməsinə cavab veriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
Nana Muradyan: ” Oğlumu yanacağın necə oğurlanaraq satıldığını gördüyünə görə öldürdülər”
21.06.2018
Konstantin Masik: “Heydər Əliyev Ukrayna xalqının genefondunun xilaskarlarındandır”
20.06.2018
Ermənistanda çoxlarını Manvel Qriqoryanın aqibəti gözləyir
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
5 Putin Paşinyanı alçaldıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info