“Media müharibəsi”: ABŞ media təmsilçilərinin Dövlət Dumasına girişinə qadağa qoyulub
Tarix: 06.12.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər
ABŞ Konqresi və Ədliyyə Nazirliyinin qərarına cavab - Rusiya Federasiyası Ədliyyə Nazirliyi ABŞ-ın 9 kütləvi informasiya vasitəsini xarici agent siyahısına daxil edib

Rusiya Ədliyyə Nazirliyi ABŞ-ın bəzi kütləvi informasiya vasitələrini xarici agent siyahısına salıb. Dövlət Duması həmin KİV-lərin təmsilçilərinin Dumanın yerləşdiyi binaya girişinə qadağa qoyub. Qərar layihəsini Dumanın nəzarət və reqlament komitəsi hazırlayıb. Rusiya Federasiya Şurası da analoji qərar verib. Qeyd edək ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi ABŞ-ın 9 kütləvi informasiya vasitəsini xarici agent siyahısına salıb. Bunlar "Amerikanın səsi", "Azadlıq radiosu", "Nastoyaşeye vremya" internet televiziyası, "idel.realii", "Kavkaz.realii", "Krım.realii", "Azadlıq radiosunun tatar-başkir xidməti", "Sibir.realii", "Faktoqraf" kütləvi informasiya vasitələridir. Dövlət Dumasından bildirilib ki, “«deputatlar demokratik dəyərləri müdafiə edərək” ABŞ Konqresində bir çox Rusiya media orqanının qeydiyyatının ləğv edilməsinə simmetrik cavab veriblər. Duma regionların qanunverici orqanlarını da analoji qərarları qəbul etməyə çağırıb. Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin noyabrın 25-də KİV sahəsində xarici agentlə bağlı qanun imzalayıb. Həmin qanuna əsasən KİV sahəsində xarici dövlət və təşkilat tərəfindən maliyyələşən media orqanları xarici agent kimi qeydə alınacaqlar. Moskvanı bu addamı atmağa vadar edən ABŞ Konqresinin və Ədliyyə Nazirliyinin “RT America” və “Sputnik” şirkətinin xarici agent kimi qeydə alınması ilə bağlı tələbi olub. Bundan sonra isə Konqres həmin media orqanlarını yeni statuslarına görə akkreditasiyadan məhrum edib. ABŞ Dövlət Departamenti hesab edir ki, Rusiyanın KİV-lə bağlı qəbul etdiyi yeni qanun son nəticədə ABŞ media orqanlarının Moskvadakı nümayəndələrinin ölkədən qovulması və akkreditasiyalarının ləğv edilməsi ilə nəticələnə bilər. Rusiyalı politoloq Sergey Juravski “RİA Novosti”yə açıqlamasında bildirib ki, Moskvanın bu addımı Vaşinqton üçün gözlənilməz olub: “Ağ Evdə gözləyirdilər ki, Moskva yenə də “ciddi şəkildə narahat olduğunu” açıqlayacaq və bununla da iş bitəcəkdi. Amma Krem bu dəfə başqa taktika seçdi. KİV sahəsində xarici agentlə bağlı qəbul edilən qanun və konkret media orqanlarının adının həmin siyahıya daxil edilməsi Vaşinqton üçün “soyuq duş” oldu. Qərblə Rusiya arasında başlayan “media müharibəsi” sonda gec-tez əvvəlki vəziyyətə qayıtmaqla nəticələnəcək”. Siyasi informasiya mərkəzinin rəhbəri Aleksey Muxin isə qeyd edib ki, ABŞ söz azadlığı sahəsində o qədər dərinə gedib ki, azadlıqdan heç bir əsər-əlamət qalmayıb: “Belə davranmaq lazım olmadığını göstərmək vaxtı idi. Hamı üçün tərtib olunan qaydalar hamı üçün eyni olmalıdır. Beynəlxalq hüquq hamı üçündür və ona əməl etmək lazımdır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ərdoğanla Putin bir araya gəlib
11.12.2017
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
11.12.2017
Avropa İttifaqı NATO-ya alternativ yaradır?
11.12.2017
Xətai rayonu Yaponiya ilə əlaqələrini genişləndirir
11.12.2017
Parisdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info