“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
Tarix: 06.12.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının rəhbəri kimi İtaliyanın paytaxtı Romada səfərdə olub. Sahibə Qafarova “Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması” mövzusunda məruzəsini tamamlamaq məqsədilə bir sıra görüşlər keçirib.
Milli Məclisin deputatı İtaliya parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Mişel Nikoletti ilə görüşüb. Görüşdə Sahibə Qafarova AŞPA-nın faktaraşdırıcı missiyasının səfərinin məqsədi haqqında məlumat verib.
Görüşlərdə Sahibə Qafarova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib. S.Qafarova beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlarda ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edildiyini, Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu vurğulayaraq Ermənistan rəhbərliyinin müxtəlif təxribatlarla bu prosesi pozmağa çalışdığını diqqətə çatdırıb.
Sahibə Qafarova müəllifi olduğu məruzə haqqında məlumat verib, hazırda bir sıra Avropa dövlətlərində miqrantlara, o cümlədən müsəlmanlara qarşı ayrı-seçkiliyə, qeyri-humanist davranışa yol verildiyini, bunun qəbuledilməz olduğunu bildirib.

“Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar veriləcək
Yeri gəlmişkən, Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar veriləcək. Məhkəmənin saytında bildirilib ki, dekabrın 12-də Böyük Palata maddi təzminatla əlaqədar həmin işlə bağlı yeni yazılı qərar çıxaracaq. Bildirilir ki, əslində, məhkəmə iş üzrə 2015-ci il iyunun 16-da qərar verib. Lakin maddi təzminatla əlaqədar qərar hazır olmadığından məhkəmə onu sonraya saxlayıb. Bu səbəbdən AİHM-in Böyük Palatasında məsələyə yenidən baxılacaq. Məhkəmə tərəflərə bununla əlaqədar qeydlərini təqdim etmələri ilə bağlı müraciət edib. Eyni proses həmin tarixdə “Sarkisyan Azərbaycana qarşı” işi ilə bağlı da aparılacaq.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayıl (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayıl İbrahimovdur (1940). Akif Həsənovdan başqa, iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adıçəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildiriblər və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. 2010-cu il martın 9-da isə iş məhkəmənin Böyük Palatasına göndərilib və həmin ilin 15 sentyabrında Böyük Palata şikayət üzrə ilk məhkəmə prosesini keçirib. 2011-ci il dekabrın 14-də AİHM şikayətləri qəbuledilən hesab edib və Ermənistanın bu işin AİHM-in müvəqqəti yurisdiksiyasından kənar olduğuna dair etirazını rədd edib.
Böyük Palatanın son məhkəmə prosesi 2014-cü ilin 22 yanvar tarixində keçirilib.

“Azərbaycan erməni işğalından və terrorizmindən ən çox əziyyət çəkən ölkədir”

Sosial elmlər üzrə türkiyəli tanınmış ekspert, yazıçı Mətin Yıldırım da AZƏRTAC -ın xüsusi müxbirinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışıb. O deyib ki, Azərbaycan erməni işğalından və terrorizmindən ən çox əziyyət çəkən ölkədir. İşğal faktının ortada olduğu bir vaxtda Azərbaycanın Əfqanıstanda sülhün və inkişafın yaranmasına dəstək verməsi bütün dünya üçün düşündürücü və əhəmiyyətlidir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğu Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsi ənənə halı alıb. Azərbaycan 2010-cu ildə Dünya Dini Liderlərinin Sammitinə, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurla ev sahibliyi edib. Bu tədbirlərin dünyada sülhün və həmrəyliyin təşviqində mühüm rol oynadığını vurğulayan ekspert deyib: “Əminliklə deyə bilərəm ki, Əfqanıstanda uzunmüddətli sülh və inkişaf üçün qəbul ediləcək beynəlxalq səviyyəli qərarlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və ədalətli həllinə təkan verə bilər”.

“Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutur”
Bu arada Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif də “Trend”ə müsahibəsində ölkəsinin Azərbaycana Dağlıq Qarabağ məsələsində verdiyi dəstəyi genişləndirməkdə davam edəcəyini deyib. Onun sözlərinə görə, Pakistan Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutur və qardaş Azərbaycanı bununla bağlı bütün forumlarda dəstəkləyir.
Nazir deyib: "2012-ci ildə Pakistan Senatı müvafiq qətnamə qəbul edərək Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Pakistan Milli Məclisinin Beynəlxalq Münasibətlər Komitəsi isə erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasına çağıran qətnamə qəbul edib".
Pakistan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatından danışaraq agentliyin həmsöhbəti vurğulayıb ki, bu format çərçivəsində tərəflər bir çox regional və beynəlxalq məsələlər üzrə, o cümlədən Kəşmir, Cammu və Dağlıq Qarabağ məsələsində ümumi mövqedən çıxış edir.
Nazir, həmçinin Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq məsələsinə toxunub. Nazirin sözlərinə görə, hər iki ölkə bir-birinin təcrübəsini öyrənir, xüsusilə də Pakistan Azərbaycan Silahlı Qüvvələrinin zabitləri üçün təlimlərin keçirilməsini təklif edib.
Nazir deyib: "Pakistan mükəmməl inkişaf etmiş və texniki cəhətdən qabaqcıl hərbi-sənaye kompleksinə malikdir və biz səbirsizliklə bu sahədə Azərbaycanla əməkdaşlığın həyata keçirilməsini gözləyirik".
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib
01.12.2017
Brüssel Sammitinin ismarıcı: münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında həllini tapmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info