Sənaye parklarında 25 rezident qeydiyyata alınıb
Tarix: 06.12.2017 | Saat: 20:22:00 | E-mail | Çapa göndər
Beynəlxalq maliyyə institutları Azərbaycanın sənaye parkları və məhəllələrinə maraq göstərir

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, beynəlxalq maliyyə institutlarının yerli nümayəndəliklərinin, sənaye parkları və sənaye məhəllələrinin rezidentlərinin iştirakı ilə "Beynəlxalq maliyyə institutları ilə sənaye parkları və sənaye məhəllələri rezidentlərinin əməkdaşlıq imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov dövlət başçısının tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın və emalın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ölkədə uğurla həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son illər yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi, rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb. Mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin yaradılması, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi davam etdirilir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası barədə məlumat verən Niyazı Səfərov Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinin sənayenin inkişafında rolundan, sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan danışıb, yeni sənaye zonalarının yaradılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Bu baxımdan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinın əhəmiyyətini qeyd edən nazir müavini beynəlxalq maliyyə qurumlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib. Niyazi Səfərov deyib ki, Azərbaycanda 5 sənaye parkı, 3 sənaye məhəlləsi və 3 aqropark yaradılıb. Sənaye parklarında 25 rezident qeydiyyata alınıb: “Eyni zamanda, ölkəmizdə 28 rayon üzrə 42 aqroparkın yaradılması təşkil olunub. Bu aqroparkların ümumi dəyəri 350 milyon manatdır”. Niyazi Səfərov, həmçinin indiyədək 200-dən çox sahibkara investisiya təşviqi sənədinin verildiyini diqqətə çatdırıb. Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İnvestisiya Şirkətinin, Sumqayıt Kimya Sənaye Parkının, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parklarının və sənaye məhəllələrinin, həmçinin aqroparkların fəaliyyətinə dair təqdimatlar keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, İslam İnkişaf Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri təmsil etdikləri qurumların əsas maliyyə alətləri, investisiya qoyuluşu imkanları və maliyyələşmə istiqamətləri barədə məlumat veriblər. Tədbir sənaye parkları və sənaye məhəllələrinin rezidentləri ilə beynəlxalq maliyyə qurumlarının nümayəndələri arasında müzakirələrlə davam etdirilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub
11.12.2017
Yeni xalça istehsalı müəssisələrində minlərlə iş yeri açılacaq (Yenilənib)
11.12.2017
“AtaSığorta” “İlin Sığorta Şirkəti” n
11.12.2017
Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
11.12.2017
“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info