Gimnastika ölkəmizdə sürətlə inkişaf edir
Tarix: 07.12.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir
Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir. Bu fikir Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UGI) prezidenti seçilməsi münasibətilə təşkil olunan mətbuat konfransında səsləndirilib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov iştirak ediblər. Yeni vəzifəyə seçilməsi ilə əlaqədar 2006-cı ildən tutduğu AGF-in baş katibi vəzifəsindən ayrılmağa qərar verdiyini vurğulayan F.Qayıbov bildirib: “Baş katiblikdən azad olunmağımla bağlı federasiya rəhbərliyinə müraciət etmişəm. Bu ay İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müraciətimə orada baxılacaq”. AGF-in vitse-prezidenti Altay Həsənov qeyd edib ki, baş katib vəzifəsinə iki namizəd var: “Hələlik adlarını açıqlamağa tələsməyək. Fərid Qayıbov elə sistem yaradıb ki, özü bu vəzifəni tərk etsə də, iş davam edəcək. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”. Çingiz Hüseynzadə ölkəmizdə gimnastikanın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Federasiyanın prezidenti xanım Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Mehriban Əliyeva ölkəmizdə idmanın inkişafına daim xüsusi diqqət yetirir. Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra gimnastika ölkəmizdə sürətlə inkişaf etməyə başladı. Həmin vaxtdan etibarən Azərbaycan idmanın bu növü üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib və etməkdədir.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info