İƏT dövlətləri vətəndaşları üçün təhsil qrantı proqramı təsis edilib
Tarix: 06.12.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Prezident İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilib. Müəyyən edilib ki, sərəncamda nəzərdə tutulmuş təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır. Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir. Nazirlər Kabineti nəzərdə tutulmuş təhsilalanlar üçün təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edəcək. Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq sərəncamla təsis edilmiş təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müəyyənləşdirəcəklər. Təhsil Nazirliyi müəyyənləşdirilmiş siyahı üzrə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarının təhsil alacaqları ali təhsil müəssisələrini müəyyən edəcək və onlara növbəti ildən başlayaraq dövlət hesabına təhsil qrantı ilə əhatə olunan xərclərin ödənilməsini təmin edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Orxan Camal Kazanda anılıb
14.08.2018
Rumıniya milli hava yolları Bakı, Tbilisi və Odessaya uçuşlara başlayır
14.08.2018
Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşüb
13.08.2018
İran elektrik enerjisinin Rusiyaya tranziti üçün Azərbaycanla danışıqlara başlayıb
13.08.2018
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün işəgötürənlərlə birgə müzakirələr aparılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9855

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info