Bakıda beynəlxalq konfrans keçirilir
Tarix: 07.12.2017 | Saat: 12:06:00 | E-mail | Çapa göndər


Dekabrın 7-də “Azərbaycanda ali məktəblərdə media təhsili” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Zoltan Hernyes layihə haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirilib ki, bu layihə AŞ və Avropa İttifaqı (Aİ) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində reallaşdırılan “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə azadlığı və media azadlığı” layihəsi üzrə həyata keçirilir.
Konfransın müvafiq mövzuda geniş fikir mübadiləsi aparmaq üçün əlverişli imkanlar yaradılacağına əminliyi bildirən Z.Herneys diqqətə çatdırıb ki, layihə çərçivəsində Azərbaycanda ali məktəblərdə media təhsilinin hazırkı vəziyyəti araşdırılıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov və başqaları çıxış edərək layihənin ölkəmizdə medianın inkişafı baxımından əhəmiyyətini vurğulayıb, bu təşəbbüs çərçivəsində çapdan çıxan dərsliklərin təqdirəlayiq olduğunu bildiriblər.
Konfrans çərçivəsində “Fotojurnalistika”, “Radio jurnalistikası”, “Televiziya jurnalistikası”, “Yeni media jurnalistikası” dərsliklərinin təqdimatı olub. Bu nəşrlər Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək” layihəsi çərçivəsində çapdan çıxıb. Yerli və xarici jurnalistlərin iştirakı ilə hazırlanmış “Fotojurnalistika” Azərbaycan dilində nəşr olunan ilk fotojurnalistika dərsliyidir.Konfrans işini sessiyalar üzrə davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Azərbaycanın nümayəndə heyəti Türkiyənin gənclər sahəsindəki təcrübəsi ilə tanış olub
13.08.2018
DTX “Reket jurnalistləri” saxladı
13.08.2018
5 ayda 6177 boşanma halları qeydə alınıb
13.08.2018
İsa Həbibbəyli Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib
11.08.2018
Naxçıvan Daxili İşlər Nazirliyində müşavirə keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9855

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info