Virginia Raggi Azərbaycanın qazandığı uğurlar barədə məlumatlandırılıb
Tarix: 07.12.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Roma şəhərinin meri xanım Virginia Raggi Azərbaycanın son illərdə qazandığı uğurlar barədə məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarovanın mer Virginia Raggi ilə görüşündə İtaliya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edilib.
Sahibə Qafarova son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb, Bakının yerləşdiyi regionun və qitənin çox önəmli mərkəzlərindən birinə çevrildiyini söyləyib. Azərbaycan paytaxtının siyasi, mədəni, idman sahələrində mühüm tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan deputat bildirib ki, “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, bu il isə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyəli təşkilatçılığı bütün iştirakçı dövlətlərin nümayəndələri tərəfindən xüsusi vurğulanıb. Həmçinin Qlobal Bakı Forumu, humanitar forumlar dünyada dinlər və mədəniyyətlər arasında əməkdaşlığın genişlənməsinə, sülh və təhlükəsizliyin güclənməsinə mühüm töhfələr verir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı, həmçinin Təhsil və Peşə Sistemləri Departamentinin rəhbəri Raffaele Ciambrone, Ali Təhsil və Tədqiqat Departamentinin rəhbəri Domeniko De Martinis və İtaliya Təhsil Nazirliyinin məsləhətçisi Silvia Martuscielli ilə olub. Görüşlərdə İtaliyada miqrantların təhsil məsələləri barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı konsulluq binasında öldüyünü təsdiq edib
19.10.2018
Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
18.10.2018
San-Fransiskoda Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10283

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info