Prezident yeni yolun təməlqoyma mərasimində iştirak edib
Tarix: 07.12.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına avtomobil yolunun layihəsi barədə məlumat verdi.
Bildirildi ki, layihə çərçivəsində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir. Yolun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir. Qeyd edilən mövcud yolların yaşayış məntəqələrindən keçməsi sürət həddinin aşağı, vaxt sərfiyyatının çox olmasına səbəb olur. Yaşayış məntəqələrindən keçmədən, mövcud yollara alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi daşıyır. Belə ki, yüksək standartlara və normativlərə uyğun olan avtomobil yollarında maksimal sürət həddi olacaq, bu yollarda nəqliyyat vasitələri daha rahat və təhlükəsiz hərəkət edə biləcək.
Sonra dövlətimizin başçısı yeni yolun təməlini qoydu.




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Prezident Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib YENİLƏNİB
21.10.2018
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib
21.10.2018
Ermənistan ordusu atəşkəs rejimini 27 dəfə pozub
20.10.2018
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info