TÜRKSOY-un baş katibi ilk səfərini Azərbaycana edib
Tarix: 07.12.2017 | Saat: 12:25:00 | E-mail | Çapa göndər
Növbəti 3 il üçün yenidən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi seçilən professor Düsen Kaseinov fəaliyyətinin yeni dövründə ilk səfərini Azərbaycana edib.
AZƏRTAC TÜRKSOY katibliyinə istinadla xəbər verir ki, Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-də Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu təhsil ocağı ilə TÜRKSOY arasında əməkdaşlıq müqaviləsi imzalanacaq və ADPU–da TÜRKSOY kafedrasının açılışı olacaq.
Bundan başqa, TÜRKSOY nümayəndə heyəti Bakıda Molla Pənah Vaqifin 300 və böyük balkar şairi Kaysın Quliyevin 100 illik yubiley tədbirlərində, o cümlədən Azərbaycan Xalça Muzeyində “Türk dünyası nağılları” kitabının təqdimat mərasimində iştirak edəcək. TÜRKSOY sözügedən tədbirlərin təşkilatçılarından biridir.
Qeyd edək ki, TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində keçirilən 35-ci toplantısında professor Düsen Kaseinov növbəti 3 il üçün təşkilata baş katib seçilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar“
24.05.2018
Şagirdlər üçün “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” mövzusunda mühazirə
24.05.2018
“Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı
24.05.2018
“Həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum”
24.05.2018
İsa Həbibbəyli: “Sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9306

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info