“Bakcell” ilk dəfə 5G texnologiyasına hazırlığı nümayiş etdirir
Tarix: 07.12.2017 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “BakuTel-2017” sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə olaraq 4.5G Pro texnologiyasının imkanlarını və 5G texnologiyasına hazırlığı nümayiş etdirir.
Texnoloji innovasiyalar sahəsində liderliyi ilə məşhur olan Bakcell şirkəti həmişəki kimi bu il də ən qabaqcıl və müasir texnoloji nailiyyətləri nümayiş etdirməklə, sərgiyə gələn ziyarətçiləri heyrətləndirəcək və onlara unudulmaz təəssüratlar bağışlayır.
“Bakcell” şirkətinin stendində “Nokia” şirkəti ilə birgə quraşdırılmış “5G-yə doğru” adlı guşədə ziyarətçilər ən yeni 4.5G Pro texnologiyasını öz gözləri ilə görə və hətta ilkin LTE texnologiyasından 10 dəfə daha yüksək olan sürəti müşahidə edə biləcəklər.
“Bakcell” və “Nokia” şirkətlərinin birgə təqdim etdiyi bu nümayişdə 1 Gb/saniyəyədək fantastik sürət sərgilənir. Beləliklə, “BakuTel 2017” sərgisində Bakcell stendinin ziyarətçiləri “Robot Automation Latency” nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanına malik olacaqlar.
 “Ultra-yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətlərinə olan tələbatda eksponensial artımı, habelə böyük həcmlərdə məlumat mübadiləsini tələb edən tətbiqlərdən istifadənin yüksək templərlə artdığını nəzərə alaraq, Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşlarını və dünya bazarında mövcud olan ən son texnologiyaların tətbiq edilməsini davam etdirir. Gələcək istifadəçilərin böyük data həcmlərini emal etməyə gücü çatan daha yüksək tutumlu və buraxılış qabiliyyətli şəbəkəyə ehtiyacı olacaq. Buna görə də, innovasiyalar sahəsində lider mövqeyimizi qoruyub saxlamaq üçün biz indidən əmin olmaq istəyirik ki, bazarda bu cür texnologiyalara tələbat yarandığı zaman bizim şəbəkəmiz 4.5G Pro və hətta 5G texnologiyasını dəstəkləməyə hazır olsun”, deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
 5G-yə hazırlığın nümayişində gələcəkdə bütün proseslərin avtomatlaşdırılması ilə yanaşı sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz internet sürətini müşahidə edə və robot şousuna baxıb əylənə biləcəklər.
 “Bakcell” şirkəti “BakuTel 2017” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə, mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etməyə dəvət edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
AQTA əhaliyə müraciət etdi:qurban kəsmək istəyənlər...
14.08.2018
Azərbaycana gələn turistlərin statistikası
13.08.2018
“Güzəştli mənzil” sisteminin sınaq versiyası istifadəyə verilib
13.08.2018
Vətəndaşlar “BakuBus” MMC-yə edilən müraciətlərin nəticəsi barədə məlumatlandırılıb
13.08.2018
“4G şəbəkəsinin genişləndirilməsinə çox ciddi sərmayə yatırmağı planlaşdırırıq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info