Qubada 12 kəndin əhalisi yeni avtomobil yollarından istifadə edəcək
Tarix: 07.12.2017 | Saat: 14:26:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabr 7-də Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.
Quba rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi də Prezident İlham Əliyevin 2013-cü, 2014-cü, 2015-ci və 2016-ci illərdə imzaladığı müvafiq sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu il həyata keçirilməsi nəzərdə tutulan “40 yol layihəsi”nin icrası istiqamətində işlər uğurla davam edir.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Qubanın bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6 metrdir. Layihə çərçivəsində müxtəlif diametrli 27 su ötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, bir aşırımlı, dəmir-beton konstruksiyalı dörd körpü inşa edilib.
Sonra dövlətimizin başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.




 
Bölməyə aid digər xəbərlər
27.05.2018
Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır
27.05.2018
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
27.05.2018
“Beynəlxalq hüquq son vaxtlar ümumiyyətlə işləmir“
26.05.2018
BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
26.05.2018
“Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik“

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9313

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
5 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info