Bakı-Tbilisi-Qars dəmir yolunda yük qatarlarının hərəkətinin təşkili və idarəetmə rejimi yoxlanılır
Tarix: 07.12.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Kartsaxi, Marabda-Axalkalaki sahəsində yük qatarlarının hərəkətinin təşkili, qatarların hazırlığı və idarəetmə rejiminin müəyyən edilməsi üçün sınaqlar keçirilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, QSC-nin hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifovun rəhbərliyi, "Ukrayna investisiya-konsaltinq" şirkətinin və Dnepropetrovsk Dəmir Yolu Mühəndisləri İnstitutunun alim mütəxəssislərinin iştirakı ilə aparılıb. Sınaqlar zamanı müxtəlif çəkili qatarlar 6 dəfə (hər dəfə çəkisi artırılmaqla) Marabdadan Axalkalakiyə göndərilib. Bu proseslərdə qatarın hərəkətinin 32 parametri (dinamik xüsusiyyəti, sürəti, əyləc kolotkalarının qızması və sair) yoxlanılıb. Sınaqlar zamanı Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları (maşinist-təlimatçılar, maşinistlər) fəal iştirak ediblər.
Sınaqlardan sonra keçirilən müşavirədə nəticələr müzakirə olunub və Tbilisi lokomotiv deposunun 14 nəfərdən ibarət lokomotiv briqdaları "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyi adından müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yük Daşımaları Departamentinin yük və vaqon şöbələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə mükafatları hərəkətin təhlükəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov təqdim edib.
Qeyd edək ki, bu sınaqlar gələcəkdə qatarların təhlükəsiz hərəkətinin və yük həcminin etibarlı təşkilinə hesablanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.05.2018
ABŞ-ın paytaxtında Trans-Xəzər Forumu
19.05.2018
Dörd ayda dəmir yolu ilə 4,4 milyon ton yük daşınıb
18.05.2018
Ulduz Şokolad Fabriki “Made in Azerbaijan” brendi ilə ölkəmizi təmsil edir
18.05.2018
Jeroen Villems: “Azərbaycan kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazanıb” 
18.05.2018
QTA sahibkarlıq subyektlərində monitorinq və audit aparacaq

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9284

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info