Yaponiya hökuməti Kəbirli kəndində tibb məntəqəsi tikiləcək
Tarix: 07.12.2017 | Saat: 15:57:00 | E-mail | Çapa göndər
Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsi inşa ediləcək.
Ağcabədi Rayon İcra Hakimiyyətində “Ağcabədi rayonunun Kəbirli kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 19 milyon 41 min 635 ABŞ dolları olan 223 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda 6 layihə həyata keçirib və bu artıq 7-ci layihədir.
Diqqətə çatdırılıb ki, səhiyyə sahəsi ilə bağlı olan layihənin başlıca məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Layihə çərçivəsində Kəbirli kəndində yeni tibb məntəqəsi inşa ediləcək və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası tərəfindən avadanlıqlara təchiz olunacaq. Tibb məntəqəsindən Kəbirli və ətraf kəndlərdə yaşayan yeddi min sakin istifadə edəcək. Layihənin ümumi dəyəri 90 min 901 ABŞ dollarıdır.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Sonra səfir Teruyuki Katori və “İnkişaf-2016” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Füzuli Abıyev layihə üzrə qrant müqaviləsini imzalayıblar. Tikiləcək yeni tibb məntəqəsi stomatoloji kabinet, vaksinasiya, ginekoloji, ilk tibbi xidmət və həkim otaqlarından ibarət olacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Ərdoğanla Putin bir araya gəlib
11.12.2017
Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
11.12.2017
Avropa İttifaqı NATO-ya alternativ yaradır?
11.12.2017
Xətai rayonu Yaponiya ilə əlaqələrini genişləndirir
11.12.2017
Parisdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info