“Həyat davam edir” deyənlərə...
Tarix: 07.12.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər
Çox işlənmiş söz olsa da, mən də deyəcəm. Yaşadığımız ömür bir kitabdır. Bu kitabı necə yaşadığımızdan asılı olmayaraq bir gün bu kitabın səhifələri bitəcək və kitab bağlanacaq. Gəlin özümüzü ikiyə bölək, etdiyimiz düzləri və səhvləri tərəziyə qoyaq. Eynilə mənim qəhrəmanım Mirzə kişi kimi. Mirzə kişi həyatının son günlərində kitabın son səhifələrində yaşadıqlarını gözü önünə gətirdi. Baxdı ki, o doğulanda kitabın ilk səhifəsi bəmbəyaz bir kağızdır. Sonra yenə vərəqlədi. O, doğulduğu gündən, ta ki gənclik ehtiraslarının onu çulğaladığı dövrə kimi nəzərdən keçirdi və durdu. Bu dövrə kimi onun heç bir qayğısı və ehtiyacı olmamışdı. Onun “həyat davam edir” deməsi və bu sözü özünə dayaq edib yaşaması bundan sonra başlayır. Yeniyetməlik və gənclik dövründə damarlarımızdan axan coşqun qanın təsiri ilə düşünmədən etdiyimiz səhvlərin birini də Mirzə kişi etdi. O, yaxın dostunun nişanlısına özü istəmədən belə, aşiq oldu. Bu aşiqlik hissi onu ard-arası kəsilməyən səhvlər etməyə məcbur etdi. Mirzənin bu çılğın hissi qızı da axışına buraxdığı həyatın yollarından çəkib özünü düz bildiyi, amma həqiqət tərəzisində səhv olan bir yolla apardı. O, ailəsindən imtina etdi. Özünün qardaşından da doğma dediyi birinə arxadan çox insafsızca bir zərbə vurdu. Artıq ona dayaq və dəstək olacaq bir kimsə yox idi. O, bu yolu özü seçdi. O, xanımının pulu ilə günlərini eyş- işərtlə keçirməyə başladı. Beləliklə, Mirzə kitabının səhifələrini yanlışlarla, ləkələrlə doldurdu və artıq kitabını yazmaq üçün mürəkkəbi bitdi. Qışın oğlan çağında qarlı-şaxtalı bir qış gecəsində onun həyat yoldaşı vəfat etdi. Artıq Mirzənin nə pulu, nə etdiklərini deyə biləcək bir kimsəsi, nə də ki, getməyə bir yeri var idi. Bəlkə də ona sığınacaq verən, ona bu şaxtalı-ayazlı günlərdə kömək edən olardı. Amma cəmiyyətdə, insanlar arasında şərəfsizlərə veriləcək nə bir yer, nə də ki, etdiklərini qəbul edən bir qəlb sığınacağı vardı. O düşünürdü: mən həyatda nə etdim? Mənim axı indi nəyim var..? Xatirələrim düşündükcə mənə əzab verir. Mən onda elə bilmişəm ki, istədiyim hər bir şeyin olması xoşbəxtlikdir. Bəli, bəli... istədiyim hər bir şeyin olması, əslində, xoşbəxtlikdir. Amma bu xoşbəxtlik pulla alınarsa, deməli, bunun sonu indi mənim tənha və şərəfsiz olaraq yaşamağımdı. İstədiyim hər şeyi əziyyət çəkə-çəkə əldə etsəydim və bu mənə xoşbəxtlik, xoş anlar gətirsəydi, indi də bu davam edərdi. İndi nə ailəm, nə də ki, dostlarım var... Aristotel deyirdi ki, mən ən güclü, ən qüvvətli, ən zəkalı o adamı hesab edirəm ki, öz istəklərini idarə etməyi bacarır. Bundan da belə bir nəticə çıxır ki, bu dünyada “həyat davam edir” demək, yaşamaq və ölmək asandır. Yetər ki, bu həyatda şərəfli yaşayıb, şərəfli öləsən.

Fatimə Kazımzadə,
Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsi




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Monteneqro Prezidenti Bakıya gələcək
19.02.2018
BANM-in tələbələri “PetroBowl” müsabiqəsi üzrə çempionatın qalibi seçiliblər
19.02.2018
ADPU ilə Kipr Universiteti arasında müəllim-tələbə mübadiləsi aparılacaq
19.02.2018
“Multikulturalizm və tolerantlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndiririk”
19.02.2018
Regionlarda müşahidəçi və seçki fəalları üçün təlimlər keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8434

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info