Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib
Tarix: 07.12.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər
KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edilib
Dekabrın 7-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlik barədə məlumat verib. Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 2018-ci ilin birinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib. V.Səfərli dekabrın 8-dən 25-dən keçiriləcək müsabiqə elanının şərtlərində nəzərdə tutulan dəyişikliklər barədə Müşahidə Şurası üzvlərinə məlumat verib. İcraçı direktor bildirib ki, təklif olunan dəyişikliklərə əsasən müsabiqədə iştirak edəcək qəzet redaksiyaları əməkdaşlarının sayı barədə məlumat verməli, habelə sənəd təqdim edəcək gündəlik və həftəlik qəzetlərin səhifələrinin sayı 16-dan (A3 formatda) az olmamalıdır. Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, üzvlərdən - Camaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqənin elanı təklif olunan əlavə və dəyişikliklərlə səsə qoyularaq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“AXC: gənclərin Azərbaycan həqiqətlərinin tanıdılmasında sosial mediada fəallığı“ adlı tədbir keçirilib
25.05.2018
Bolqarıstanla elmi əlaqələr
25.05.2018
Azərbaycan Xalq Cümhuriyyəti - şərəf və ləyaqət tariximiz
25.05.2018
“Azərbaycan Cümhuriyyəti gənclərin gözü ilə”
25.05.2018
“Son iclas” bədii-sənədli filmi barədə mətbuat konfransı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9313

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 “Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
5 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info