Elm və sənət toplusu “Ozan”nın ilk buraxılışında...
Tarix: 07.12.2017 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Aşıqlar Birliyinin yeni nəşri olan “Ozan” elm və sənət toplusunun birinci buraxılışı işıq üzü görüb.
Bu ildən etibarən ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, baş redaktorun müavini isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Aşıqlar Biliyindən AZƏRTAC-a bildirilib ki, topluda “Aşıq ədəbiyyatının milli və tarixi özəlliyi”, “Bozoxu” havasının tarixi morfologiyasına dair”, “Aşıq bayatıları milli musiqili-poetik intonasiya modeli kimi”, “Aşıq Ələsgərin çap olunmuş kitablarında verilməmiş bir çox şeirləri haqqında”, “Xanəndə və aşıq obrazlarını yaradan Şirzad Hüseynov alman deyil”, “Çıldırlı aşıq Şenliyin həyatı və sənəti”, “Ustad aşıq – zəmanədən gileyli şair”, “Aşıq Nəcəf Göyçəlinin sənət dünyasında dövr və zaman problemi” və digər elmi məqalələr, habelə xəbər xronikaları yer alıb.
Aşıq sənətinin elmi tədqiqi ilə məşğul olanlar, ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan bakalavr və magistrlər, eləcə də, aşıq sənəti, bütövlükdə folklorumuz və adət-ənənələrimizlə, milli mənəvi dəyərlərimizlə maraqlananlar üçün bu toplu qiymətli bir elmi mənbədir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Madonna 60 illiyini qeyd etdi
16.08.2018
Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info