Yeni neyroşəbəkə təqdim olunub
Tarix: 07.12.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər
Bu ilin yazında “Google Brain” şirkətinin mühəndisləri insanın iştirakı olmadan unikal süni intellektlər yaradan “AutoML” süni intellektini təqdim ediblər. Bu yaxınlarda isə məlum olub ki, “AutoML” ilk dəfə insan tərəfindən yaradılan bütün kompüter görmə sistemlərinin analoqlarını üstələyən sistem hazırlayıb. Süni intellektə əsaslanan sistem, məsələn, avtonom avtomobillərin, eləcə də robot texnikasının inkişafına töhfə verməklə robotların görmə qabiliyyətini yeni səviyyəyə çıxarmağa imkan verə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, “AutoML” təlimin möhkəmləndirilməsi sistemi üzrə inkişaf edir. Bu, mahiyyət etibarilə müəyyən xüsusi vəzifələr üçün müstəqil şəkildə yeni neyroşəbəkələr hazırlayan idarəetmə neyroşəbəkəsidir. Bu halda “AutoML” neyron şəbəkəsinin əsas məqsədi real vaxt rejimində videoda obyektlərin maksimum dəqiq tanınması üçün sistemin yaradılması olub. Süni intellekt yeni neyroşəbəkəni müstəqil öyrədərək onun səhvlərini izləyib və işinə düzəlişlər edib. Təlim prosesi sistem işə yararlı olanadək dəfələrlə təkrarlanıb.
“Google” şirkətinin rəsmi bəyanatına görə, “NASNet” neyron şəbəkəsinin tanıma dəqiqliyi 82,7 faiz təşkil edir. Bu, bu ilin sentyabrında Oksford Universiteti və “Momenta” şirkətinin mütəxəssisləri tərəfindən nail olunan əvvəlki rekorddan 1,2 faiz yaxşıdır. Neyroşəbəkə 43,1 faiz orta dəqiqliklə analoq neyroşəbəkələrdən 4 faiz effektiv olub. Mobil platformalar üçün adaptasiya edilən sadələşdirilmiş “NASNet” versiyası oxşar neyroşəbəkələri 3 faizdən çox üstələyir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi
24.05.2018
Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir
24.05.2018
Yaşıl çay yaddaş xəstəliklərini məhv edir
23.05.2018
Almatı şəhərinə qar yağır
23.05.2018
“Facebook”da yeni funksiyalar istifadəyə veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9308

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
5 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”


25.05 22:30
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info