“ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”
Tarix: 07.12.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
“İllər boyu bərbad hala düşən daxmacıqlar yanmağa hazır vəziyyətdədir, divarlar hər an uça bilər. Bəzi binaların zirzəmiləri il boyu su ilə dolu olur. Bu evlərdəki rütubət, müxtəlif həşəratlar xəstəlik mənbəyidir”

Ermənistanda 1988-ci ilin dekabrında baş verən zəlzələdən 29 il ötür. Arxada qalan bu 29 ildə zəlzələ zonasında nə dəyişib? Bunun cavabını elə zələzələ zonalarından birində - Stepanavanda olan “ArmenianReport” saytının əməkdaşı qələmə alıb: “1988-ci ildə zəlzələdən zərər çəkmiş Stepanavanda müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş “evcik”lərdə heç nə dəyişməyib. İllər boyu bərbad hala düşən daxmacıqlar yanmağa hazır vəziyyətdədir, divarlar hər an uça bilər.
Bəzi binaların zirzəmiləri ilboyu su ilə dolu olur. Bu evlərdəki rütubət, müxtəlif həşəratlar xəstəlik mənbəyidir. Lakin bu, gördüklərimizin hamısı deyil. Əgər bu gün kimsə Gümrü və Spitakda vəziyyətin yaxşı olduğunu düşünürsə, ciddi səhvə yol vermiş olur. Reallıq budur ki, indi də Gümrüdə 2 mindən artıq ailə müvəqqəti çadırlarda yaşayır. Həmin əzablı həyatı Stepanavana da şamil etmək olar. Amma həmin vaxt Ermənistandakı zəlzələ qurbanları üçün bütün dünya pul toplamışdı. Ancaq böyük miqdarda maliyyə yardımı olmasına baxmayaraq, qorxunc zəlzələ qurbanları 29 ildir dağılmış, heç bir şəraiti olmayan komalara, çürüyən çadırlara sığınıblar. Həmin vaxt erməni diasporunun köməyi ilə yığılan vəsaitin sonrakı taleyi necə oldu?

“2018-ci ilin büdcəsində də 1988-ci ildən bəri çadırlarda yaşayan ailələr üçün ən azı 100-150 mənzilin tikintisinə vəsait ayrılmasına dair heç bir müddəa yoxdur. Deməli, zəlzələ qurbanları yenə də ağır həyata məhkum qalacaqlar”

Xaricdəki ermənilər tərəfindən keçirilən çoxsaylı marafonlarda toplanan pullar hara yoxa çıxdı? Cavab hər kəs üçün aydındır - yığılmış vəsaitlərin bir hissəsi İrəvanda vəzifəli şəxslər tərəfindən, digər qismi isə fəlakət zonasında talan edildi. Artıq neçə ildir zəlzələ qurbanları kömək üçün Sərkisyana müraciət edirlər, lakin onların müraciəti cavabsız qalır. Sərkisyan və onun ətrafı evlərini itirmiş ailələrə yardım etməkdən yayınırlar. 2018-ci ilin büdcəsində də 1988-ci ildən bəri çadırlarda yaşayan ailələr üçün ən azı 100-150 mənzilin tikintisinə vəsait ayrılmasına dair heç bir müddəa yoxdur. Amma müdafiə və digər güc strukturlarının maliyyələşməsində xeyli artım nəzərdə tutulub ki, bu anlaşılandır. 2018-ci ilin aprelində Sərkisyanı “çətin sınaq” gözləyir və həmin ərəfədə ona üniformalılardan dəstək almaq lazım gədəcək. Artıq 29 ildir uçuq-sökük daxmalarda siçovullarla birgə yaşayan zəlzələ qurbanları bundan sonra da bu həyata məhkum qalacaqlar. Bütün bunlar erməni rəhbəri üçün o qədər də önəm kəsb etmir. Ermənistanda demokratiya olmadığından Sərkisyan xalqa hesabat vermir. Ermənistan rəhbərliyi və onun ətrafı dözülməz şəraitdə yaşayan soydaşlarına qarşı mərhəmət hissindən məhrum, ürəkləri olmayan insanlardır. Ölkə rəhbərliyi zəlzələ qurbanlarının xatirəsi ilə bağlı çıxışlar edərək, xalqa tez-tez vədlər versələr də, vədlər sürətlə unudulur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Armenianreport.com”: “Ermənistanın büdcəsində pul yoxdur”
10.12.2017
“ArmenianReport”: “Ermənistan Avropanın 10 ən yoxsul ölkələrindən biridir”
09.12.2017
Sərkisyanın reallığa istinad edən deputata etirazı
07.12.2017
Postmaydan hökuməti ilə kuratorları arasında konfliktin səbəbi
07.12.2017
“Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək“

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info