Postmaydan hökuməti ilə kuratorları arasında konfliktin səbəbi
Tarix: 07.12.2017 | Saat: 20:01:00 | E-mail | Çapa göndər
Vaşinqton Ukraynada bütün güc strukturları və məhkəmə orqanlarına alternativlər yaratmaqla nəzarəti tam olaraq ələ keçirməyə çalışır

Son bir neçə gün ərzində Ukraynada baş verən hadisələr ölkəni yenidən vətəndaş savaşına sürükləyir. Qərbin adamı kimi tanınan Saakaşvilinin Kiyevin mərkəzində keçirdyii aksiya və dövlət orqanlarının onu həbs edə bilməməsi postmaydan hökuməti ilə onun ABŞ və Avropadan olan kuratorları arasında konflikt yarandığını göstərir.
Bunun ən bariz nümunəsi Saakaşvilinin Ukrayna xüsusi xidmət orqanının əməkdaşları tərəfindən həbs edilməsi, amma tərəfdarlarının onu silahlı əsgərlərin əlindən alaraq qaçırmasıdır. ABŞ Dövlət Departamentinin bu məsələyə reaksiyası küləyin hansı tərəfdən əsdiyini göstərir. Vaşinqton bəyan etdi ki, bu məsələyə münasibətdə Kiyevlə razı olmadığı məqamlar var. Birləşmiş Ştatların belə reaksiyasının bir səbəbi də antikorrupsiya xidməti ilə digər güc strukturları arasında konfliktidir. Bəs, rəsmi Kiyevin hansı siyasəti belə vəziyyətin yaranmasına səbəb olub? Ukrayna hüquq-mühafizə orqanlarının dövlət çevrilişinə cəhddə ittiham etdiyi Saakaşvili parlament binası qarşısında sərbəst gəzir, çıxış edir. Prokuror Luçenko isə ona könüllü təslim olmağı təklif edib. Saakaşvili isə barrikadalar quraraq prezident Poroşenkonun istefasını tələb edir. Maraqlı situasiya yaranıb: ölkənin bütün hüquq-mühafizə orqanları küçədə olan naməlum insanların təzyiqi və ya qorxusundan Saakaşvilini həbs edə bilmir. Belə vəziyyətdə ABŞ Dövlət Departamentinin səsləndirdiyi “toqquşmadan qaçmaq” çağırışı olayların ssenarisinin harada yazıldığını göstərir. Dövlət Departamentinin rəsmisi Nauert Saakaşvilinin ətrafında baş verən məsələyə belə münasibət açıqlayıb: “Biz Kiyev hökuməti ilə yaxşı münasibətdəyik.

Ekspert Sergey Belaşko:
“Luçenko vaxtilə sosialist idi və amerikalıların əleyhinə şüarlar səsləndirirdi. Poroşenko vaxtilə Yanukoviçlə əməkdaşlıq edib və onun Rusiya ilə alternativsiz strateji münasibətlər siyasətinin tərəfdarı olub. İndi kim zəmanət verə bilər ki, situasiya dəyişən kimi onlar yenidən düşərgə dəyişdirməyəcəklər? Ona görə də ABŞ və Avropaya oyunlarında alternativlər lazımdır”


Amma bu o demək deyil ki, biz onlarla tamamilə razıyıq”. Məsələnin arxa planında başqa məsələlər yatır. Amerikalı diplomatlar Milli Antikorrupsiya Bürosu ilə Baş Prokurorluq arasında yaranan konfliktdən razı deyil. Noyabrın sonlarında Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Baş Prokurorluğun sanksiyası ilə Milli Antikorrupsiya Bürosunun təmsilçisini həbs edib. “RİA Novosti” yazır ki, bu məsələdə amerikalıların narahatlığının səbəbi aydındır: İxtisaslaşmış antikorrupsiya prokurorluğu kimi Milli Antikorrupsiya Bürosunun əməkdaşları da “Vaşiqtonun uşaqları”ndan təşkil edilib. Bu strukturların yaradılmasının əsas məqsədi Vaşinqtonun Ukraynanın bütün güc strukturları üzərində nəzarəti tam ələ almaqdır. Nəzarət dairəsini tam qapamaq üçün Vaşinqton antikorrupsiya məhkəmələrinin yaradılması üçün təzyiqlər edir. Bütün güc strukturları və məhkəmə orqanlarına alternativlər yaratmaqla nəzarət ələ keçirilir. ABŞ-ın Kiyevdəki səfiri Mari Yovanoviç ümid etdiyini bildirib ki, dekabr ayında antikorrupsiya məhkəmələri yaradılacaq. Çünki Ağ Ev indiki güc orqanlarının korrupsiya ilə bağlı yalançı mübarizəsinə inanmır. Daha bir maraqlı detal. Prokuror Luçenko parlamentdə çıxışı zamanı istehzalı şəkildə Ali Radanı İxtisaslaşmış antikorrupsiya prokurorluğu və Milli Antikorrupsiya Bürosunun rəhbərlərini Vaşinqtondan geri çağırmağa səsləyib. Onlar beynəlxalq konfransda iştirakla bağlı ABŞ-dadırlar. Luçenko da ABŞ-a səfər etməli olsa da, getməkdən imtina edib. O bildirib ki, Vaşinqtonda onu təkcə beynəlxalq konfrans yox, xoş olmayan söhbətlər də gözləyirmiş. Ukraynanın Vaşinqtondakı səfiri Valeri Çalıy da bildirib ki, doğrudan da, Vaşinqtonda hər 3 qurumun rəhbərini barışdırmaq istəyib. Bir tərəfdə cəzasız Saakavşilinin macəraları, digər tərəfdə isə güc orqanları arasında mübarizə gedir. Deməli, postmaydan hökuməti ilə onları hakimiyyətə gətirən Vaşinqton və Brüssellə narazılıq yaranıb. Kiyev Sosial Kommunikasiyalar Agentliyinin direktoru Sergey Belaşko deyib ki, bu situasiyada çoxlu xarici və daxili güclər mübarizə aparır: “Maydan hadisələri zamanı da Kiyevdəki qüvvələri “Qərb” dəstəkləməmişdi. Sadəcə, Qərbdə olan bəzi qüvvələr, məsələn, amerikalı demokratlar, alman mərkəzçilər, polşalı liberallar onlara dəstək ifadə etmişdi. Vaşinqton və Brüssel Ukraynada hakimiyyətdə olan qüvvələrlə bağlı illüziya qurmurlar. Həmin baş prokuror Luçenko vaxtilə sosialist idi və amerikalıların əleyhinə şüarlar səsləndirirdi. Poroşenko vaxtilə Yanukoviçlə əməkdaşlıq edib və onun Rusiya ilə alternativsiz strateji münasibətlər siyasətinin tərəfdarı olub. İndi kim zəmanət verə bilər ki, situasiya dəyişən kimi onlar yenidən düşərgə dəyişdirməyəcəklər? Ona görə də ABŞ və Avropaya oyunlarında alternativlər lazımdır. Müxtəlif orqanlar vasitəsilə alternativ nəzarət mexanizmləri qurulur və siyasilərə qarşı kompromat toplanması həyata keçirilir”. Belaşko bildirib ki, Ukrayna siyasi elitası tam marionetka olmağa hazır deyil. Onlar yaxşı bilirlər ki, məğlub olacaqları halda, 3 yolları var: məzar, həbsxana və ya miqrasiya. Ona görə də siyasi elita sona qədər savaşacaq. “Çauşesku, Qəzzafi, Hüseyn, Miloşeviç, Salehi təcrübəsi göstərir ki, xarici himayədərlara deyil, ancaq özünə güvənməlisən”- deyə Belaşko bildirib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Armenianreport.com”: “Ermənistanın büdcəsində pul yoxdur”
10.12.2017
“ArmenianReport”: “Ermənistan Avropanın 10 ən yoxsul ölkələrindən biridir”
09.12.2017
Sərkisyanın reallığa istinad edən deputata etirazı
07.12.2017
“ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”
07.12.2017
“Rusiya Dağlıq Qarabağ münaqişənin məqbul həllini axtarmağa davam edəcək“

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info