Qadın sahibkarlığın inkişafı dəstəklənəcək
Tarix: 07.12.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) və yerli ekspertlərinin iştirakı ilə “Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi” mövzusunda seminar keçirilib. Seminarda bir sıra dövlət qurumlarının və beynəlxalq təşkilatları təmsil edən 40-dan çox nümayəndə iştirak edib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezidentinin fərmanı ilə ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə 11 istiqamət üzrə yol xəritələri, o cümlədən “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” təsdiq olunduğunu vurğulayıb və bu istiqamətdə görülmüş işlər, biznes və investisiya mühitinin inkişafı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini bu yol xəritəsinin icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə OECD ilə həyata keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin artırılması islahatlarının və iqtisadi diversifikasiyanın dəstəklənməsi" mövzusunda təhlil icmalı ilə bağlı işlər aparıldığını bildirib və sənəd barədə məlumat verib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Jeroen Willems və OECD-nin Qlobal Münasibətlər üzrə layihə rəhbəri Bill Tompson tədbirin əhəmiyyəti, Yol Xəritəsi üzrə müəyyən olunmuş hədəf istiqamətlər üzrə, həmçinin Azərbaycan hökuməti ilə birgə həyata keçirilən layihə haqqında ətraflı məlumat veriblər. Sonra “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə strateji hədəflərin icrasına OECD-nin göstərəcəyi ekspert dəstəyi barədə müzakirələr aparılıb. Həmçinin, bu tədbirlər çərçivəsində investisiyanın təşviqi və asanlaşdırılması, müəssisə sorğusu layihəsi və xarici investorlar ilə əlaqə, KOS strategiyaları və fəaliyyət planlarının monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması, təhlili, hesabatvermə bilikləri barədə təqdimatlar edilib, suallar cavablandırılıb. Qeyd edək ki, Sahib Məmmədov “Kiçik sahibkarların yaratdıqları” mövzusunda keçirilən sərgidə bildirib ki, Prezidentin müvafiq fərmanı ilə ölkədə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi qəbul olunub. Bu xəritədə ölkədə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində, o cümlədən sahibkarlığın inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, alternativ maliyyə alətlərinin tətbiqi, istehsal olunan məhsulların təşviqi, ixracı bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi planlaşdırılır. S.Məmmədov qeyd edib ki, bu tədbirlər sırasında xüsusilə qadın sahibkarlığın inkişafı, qadın sahibkarlar üçün biznes-inbukatorların yaradılması, onların biznes ideyalarının dəstəklənməsi məsələləri nəzərdə tutulub: “Bu gün İqtisadiyyat Nazirliyi tərəfindən Strateji Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqların icrası olaraq “Kiçik sahibkarların yaratdıqları” mövzusunda sərgi təşkil olunub. Bu sərgidə 100-dən çox kiçik sahibkarın əl işləri nümayiş edilir. Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi kiçik sahibkarlığın inkişafında, xüsusilə qadın sahibkarlığın inkişafında əhəmiyyətli tədbirlərdən biridir və bu sahənin inkişafına öz töhfəsini verəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub
11.12.2017
Yeni xalça istehsalı müəssisələrində minlərlə iş yeri açılacaq (Yenilənib)
11.12.2017
“AtaSığorta” “İlin Sığorta Şirkəti” n
11.12.2017
Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
11.12.2017
“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info