Qazanılan uğurlar gələcəyə nikbin baxmağa əsas verir
Tarix: 07.12.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər
Tahir Kərimli:
“Sabitlik vətəndaşlarımızda optimizmin yüksək səviyyəyə çatmasına səbəb lub”

Elçin Mirzəbəyli:
“Kifayət qədər nüfuzlu bir təşkilatın keçirdiyi bu sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək”

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.
Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.
Məruzəyə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
Millət vəkili Tahir Kərimli Azərbaycanda vətəndaşların gələcəyə nikbinliklə baxmasını təbii hal sayır. O deyib ki, bu cür sosial sorğular illər öncə də aparılsaydı insanlarda gələcəyə nikbin baxışın olması ortaya qoyulardı. İndiki halda isə ölkədə aparılan islahatlar və siyasi hakimiyyətin yaratdığı stabillik vətəndaşlarımızda optimizmin yüksək səviyyəyə çatmasına səbəb olub: "Cəmiyyət hökumətə inanır, etimad göstərir. Bu da, şübhəsiz ki, Prezidentin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü işlərlə bağlıdır. Heç şübhə etmirəm ki, sorğu obyektiv şəkildə aparılıb və bu da Azərbaycanda aparılan islahatlara inanmayanların şübhəsinə də son qoydu. Əgər sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığı üzə çıxırsa, bu hal sevindiricidir”. Aparılan sorğunun parlament qarşısında da daha böyük məsuliyyət qoyduğunu deyən millət vəkili qarşıda hələ görüləcək işlərin çox olduğunu vurğulayıb: “Belə ki, Azərbaycan parlamenti bundan sonra bu etimadı doğrultmalı və daha çox çalışmalıdır. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür".
Millət vəkili onu da deyib ki, iqtisadi islahatların növbəti ildə də çoxalacağını nəzərə alsaq, vətəndaşların həyat səviyyəsi daha da yüksələcək. Ümumilikdə isə xalq daim hazırkı hakimiyyətin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyib və bundan sonra da görüləcək işlər gələcəyə nikbin baxmağa əsas verir.
Siyasi şərhçi Elçin Mirzəbəyli də aparılan araşdırmanın belə nəticələnməsinin təsadüfi olmadığını düşünür.
O deyib ki, bu sorğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə həyata keçirilib: “Bu kimi sorğular daha öncə digər Şərq Tərəfdaşlığına üzv olan ölkələrdə də keçirilib. Nəticələr baxımından Azərbaycan ən yüksək göstəricilərə malikdir. Azərbaycan vətəndaşlarının dövlətə olan etimadı çox böyükdür. Şübhəsiz ki, bu da Azərbaycanda həyata keçirilən layihələrdən və Azərbaycan dövlətinin sosial dövlət olmasından qaynaqlanır. Digər tərəfdən Azərbaycan bu günə kimi beynəlxalq müstəvidə, ölkə daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu da dövlətin həm beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə, eyni zamanda vətəndaşların etimadının artmasına səbəb olur. Təbii ki, burada rol oynayan əhəmiyyətli faktorlardan biri də Azərbaycan vətəndaşlarının kifayət qədər vətənpərvər olmaları, öz dövlətlərini sevmələri, regionda və dünyada baş verən prosesləri dərk etmələri, bütövlükdə isə Azərbaycan dövlətinin gələcəyinə inam bəsləmələri ilə bağlıdır.
Kifayət qədər nüfuzlu bir təşkilatın korporasiyasının həyata keçirdiyi bu sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə investisiyaların cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda bu faktor dünyaya Azərbaycan vətəndaşlarının dövlətə olan münasibətini, həmçinin öz gələcəklərinə, dövlətin gələcəyinə olan münasibətlərini ortaya qoyur. Bu da siyasi dəyərləndirmələrdə çox mühüm faktor kimi qiymətləndirilməlidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
“Aviasiya sazişi“nə dair məsələ gələn ilin yanvar-fevral aylarında həll oluna bilər”
12.12.2017
“Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq“
12.12.2017
“Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir”
11.12.2017
Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
11.12.2017
Xəyanəti peşəyə çevirənlər

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info