“Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Qazaxıstanın əhəmiyyətini artıracaq”
Tarix: 07.12.2017 | Saat: 20:33:00 | E-mail | Çapa göndər
Bakıda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib. İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərlə yanaşı, geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamların yaxınlaşdırdığını qeyd edib.
Bildirib ki, hər iki ölkə enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına çıxarılması kimi məsələlərdə oxşar mövqedən çıxış edirlər. Pərviz Şahbazov iki ölkə arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Bildirilib ki, qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlər, çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiya bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Pərviz Şahbazov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Hökumətlərarası Komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verildiyini xatırladıb və əlavə edib ki, bu müddət ərzində 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb. ”Hesab edirəm ki, xəritədə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bugünkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcək”,- deyə nazir bildirib.
Qazaxıstanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev isə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, bugünkü iclasın bir çox sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı və sənayenin inkişafına təkan verəcəyini bildirib. O, hazırlanmış “Yol xəritəsi”nin hədəflərə çatmaqda, Azərbaycanla Qazaxıstanın potensialını gerçəkləşdirməyə kömək edəcəyini diqqətə çatdırıb.
Sonra Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib.
Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 faiz artaraq 102,5 milyon ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3 faiz artaraq, 21,8 milyon ABŞ dolları, idxal isə 2,7 faiz yüksələrək, 80,7 milyon ABŞ dolları olub.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycanla Qazaxıstanın enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin nümunəsində uzun bir yol qət etdiyi vurğulanıb. Qazaxıstanın neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə mayeləşdirilmiş qazın daşınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, yanacaq-energetika sahəsində əməkdaşlıqda karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi və Kulevi neft terminalına nəqli əsas yer tutur. 2016-cı ildə “SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton, bu ilin 10 ayı ərzində isə 3,500 ton Qazaxıstan nefti nəql olunub. İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Bakı Beynəlxalq Dəniz Limanı, yaxın vaxtlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlərin nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracağı ilə bağlı fikirlər səsləndirilib.
Bundan başqa kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının yekunlarına dair protokol, həmçinin Azərbaycan və Qazaxıstan arasında əlaqələrin intensivləşdirilməsi üzrə Tədbirlər planı - “Yol xəritəsi” imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar.
Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair brifinq keçirilib. İmzalanan sənədi şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Yol xəritəsi” formasında tədbirlər planı qəbul edilib. “Bu sənəd əsasında bir çox sahələr üzrə konkret əməkdaşlıq edəcəyik. Qəbul olunmuş “Yol xəritəsinə” uyğun olaraq biz Qazaxıstan Respublikası ilə bir çox sahələrdə konkret addımlar atacağıq. Bu sənəd ticarı-iqtisadi əlaqələrlə yanaşı digər sahələrdə də əməkdaşlığı əhatə edir. Bunlar kənd təsərrüfatı, nəqliyyat, energetika, turizm, təhsil və digər sahələrdi”.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev isə bildirib ki, Qazaxıstan neftinin və qazının dünya bazarlarına Azərbaycan ərazisi vasitəsilə daşınması məsələləri üzrə iki işçi qrupu yaradılır. “Qazaxıstan qazının hasilat həcmi artmağa davam edəcək və ixrac marşrutlarından biri kimi Azərbaycan nəzərdən keçirilir. Variantlardan biri kimi, biz Qazaxıstanın qərbində LNG zavodun tikintisini, daha sonra onun məhsulunun Azərbaycan ərazisindən keçməklə, dünya bazarlarına daşınmasını nəzərdən keçiririk”, - deyə nazir bildirib. Onun sözlərinə görə Hökumətlərarası Komissiyanın iclasının yekunlarına əsasən yaradılmış ikinci işçi qrupu isə Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına daşınmasının rəqabətədavamlılığını öyrənəcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Fransalı nümayəndələr Ağ Şəhərdə olub
11.12.2017
Yeni xalça istehsalı müəssisələrində minlərlə iş yeri açılacaq (Yenilənib)
11.12.2017
“AtaSığorta” “İlin Sığorta Şirkəti” n
11.12.2017
Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
11.12.2017
“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info