Avropa və Orta Asiyada 14,3 milyon insan ehtiyacı olan ərzağı əldə edə bilmir
Tarix: 08.12.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


FAO:
“İstehsal edilən ərzağın 30 faizindən çoxunu təşkil edən qida itkisini aşağı salma ehtiyacı hər gün daha da aktual olur”

Avropa və Orta Asiyada Ərzaq Təhlükəsizliyi və Qidalanma Vəziyyəti hesabatı açıqlanıb. Həmin hesabatda uğur qazanmaqda olan ölkələrin tərəqqisini qiymətləndirmək üçün bir sıra ərzaq təhlükəsizliyi və qidalanma göstəriciləri təhlil edilib.
Hesabatda inkişafda yavaşlama, zəiflik, anemiya, həddindən artıq kilo və piylənmə kimi qidalanma göstəriciləri ilə yanaşı, dəyişən qida sistemi və bunların fərqli əhali qruplarına təsirləri yer alıb.
FAO-nun direktor müavini, Avropa və Orta Asiya üzrə məsul nümayəndəsi Vladimir Raxmanin bildirib ki, yoxsulluq, ərzaq təhlükəsizliyinə qarşı tək və ən əhəmiyyətli maneə sayılır. Amma irəliyə doğru açıq bir yol var. Davamlı İnkişaf Məqsədləri Avropa və Orta Asiyadakı ölkələrin qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün güclü bir plan təqdim edir. Yeni Qida Təhlükəsizliyi Təcrübə Vahidinə (FIES) görə, regionda 14,3 milyon insan 2014-2016-cı ildə ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib.
Hesabatda qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən toplanan qidalanma vəziyyətini dəyərləndimək vacibdir. FAO-nun hesabatında qeyd olunub ki, region ölkələrinin hamısında dəyişən səviyyələrdə yanlış qidalanmanın üç növündən biri - kifayət qədər qidalanmama, hədsiz qidalanma və mikro qida çatışmazlığı mövcuddur.
Hesabatın müəllifi Ariella Glinni bildirib ki, tez-tez yanlış qidalanmanın üç növü də eyni anda müşahidə edilir: “Uşaqlarda qeyri-kafi qidalanma və piylənməyə yüksək faizlə rast gəlinir ki, ölkələr üçün bu, qeyri-adi deyil. Uşaqlar, qadınlar və kişilərdə mikro qida çatışmazlığı və çox qidalanma bölgədə ərzaq təhlükəsizliyi və qidalanma üçün iki əsas narahatlıqdır ".
Hesabatda həddindən artıq qidalanmanın insanlarda digər önəmli bir problem olduğu göstərilir.
ÜST-nin məlumatına görə 2000-2014-cü illər arasında insanlarda piylənmə sayında 30 faiz artım yaşanıb. Artıq çəki xəstəliyi ən çox Cənub-Şərqi Avropa ölkələrində geniş yayılıb və bütün yuxarı yaşda insanların 26,9 faizində piylənmə müşahidə edilir.
Artan piylənmə dərəcələri daha yüksək kalori dəyərlərinə malik qida məhsulları istehlakını təmin edən adambaşı gəlirlərin artması və getdikcə artan hərəkətsiz həyat şəraiti ilə də əlaqəlidir.
Glinni, eyni zamanda yanlış qidalanmanın bir növü olan piylənmənin dəyişən qida vərdişlərinin və aşağı gəlirlərlə bağlı olaraq daha yüksək yağ, şəkər və digər karbohidrat ehtiva edən ucuz qidaların istehlakının bir nəticəsi ola biləcəyini söyləyib. Sağlam qida ilə bağlı maarifləndirmə əksikliyi bölgədə fərqli gəlir qruplarında həddindən artıq çəki və piylənmənin yayılmasına gətirib çıxarır.
Bölgədə ərzaq tələbatı artır, istehlak vərdişləri dəyişir və şəhərə axın sürətlənir. Eyni zamanda bölgədəki bir çox istehsal sistemi davamsızdır və ekstremal hava hadisələrindən qaynaqlanan hadisələrə qarşı müdafiəsizdir. Hesabatda bildirilir ki, bu vəziyyət gələcəkdə məhsuldarlığı qeyri-müəyyən edir. Bu şəraitdə qida təhlükəsizliyi kənd təsərrüfatı istehsalında davamlı artım və təbii ehtiyatlardan daha səmərəli istifadəni tələb edir.
FAO-nun məlumatına görə, Avropa və Orta Asiya regionundakı ölkələrin bəziləri iqlim dəyişikliyinə qarşı ən zəif mövqedədir. Bir çoxları aqro-ekosistemlərə mənfi təsir göstərir.
İstehsal edilən ərzağın 30 faizindən çoxunu təşkil edən qida itkisini aşağı salma ehtiyacı hər gün daha da aktual olur. Atılan qidanı azaldaraq və tədarük zəncirindəki qida itkinlərini aşağı salaraq kövrək ekosistemlər üzərindəki təzyiq azaldıla, istixana qazının qarşısı alına, kənd təsərrüfatı ərzaq sistemləri daha təsirli hala gətirilə və ərzaq təhlükəsizliyi ilə qidalanma yaxşılaşdırıla bilər.
FAO-nun verdiyi məlumata görə, regionda bir çox ölkə vətəndaşlarının rifahını yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək üçün qidalanma məsələlərini həll etmək vacibdir. Ancaq qidalanma siyasəti və proqramları dəyişən ölçülərdə uğur qazana bilər. Bunlar, sosial müdafiə, regionlarda inkişaf, qidalanma proqramları ilə əlaqəli tədbirlərlə birləşdirilməli və yanlış qidalanma növlərinin səbəblərinə diqqət yetirilməlidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info