Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
Tarix: 08.12.2017 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Armen Ovannisyan:
“Rusiyanın antierməni təbliğatına Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və digər media orqanlarının da qoşulacağını istisna etmirəm”

“Biz hakimiyyət orqanlarından Ermənistanda rus telekanallarının yayımının qadağan edilməsini tələb edirik”. Bu barədə həbsdə olan Jirayr Sefilyanın çağırışı əsasında yaradılmış "Ermənistan dövləti üçün ön cəbhə"nin yaydığı bəyanatda bildirilir.
Təşkilatın iddiasına görə, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan razılaşmadan sonra Rusiya telekanalları tərəfindən antierməni təbliğatı geniş vüsət alıb: “Bu, ilk növbədə Ermənistan hakimiyyətinin öz suverenliyinin, daxili və xarici məzmununa qarşı dağıdıcı, antidövlət fəaliyyətinin nəticəsidir”.

“Rusiya telekanalları tərəfindən antierməni təbliğatı geniş vüsət alıb. Bu, ilk növbədə Ermənistan hakimiyyətinin öz suverenliyinin, daxili və xarici məzmununa qarşı dağıdıcı, antidövlət fəaliyyətinin nəticəsidir”

"Ermənistan dövləti üçün ön cəbhə"nin üzvü Armen Ovannisyan “1in.am” saytına açıqlamasında deyib ki, hazırda Rusiya mətbuatında aparılan təbliğata qarşı yalnız vətəndaş dözümsüzlüyü yaradılması sayəsində mübarizə aparmaq mümkündür: “Mən, Rusiyanın antierməni təbliğatına Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti və digər media orqanlarının da qoşulacağını istisna etmirəm. Lakin ictimaiyyətin mövqeyini açıq şəkildə nümayiş etdirmək vacibdir. Bu məsələ ətrafında həyata keçirilən mümkün səfərbərlik, hətta Rusiyanın hakimiyyət orqanları nümayəndələrinin gətirdikləri müxtəlif bəhanələr belə fayda verməyəcək. Ermənistana qarşı aparılan təbliğat Rusiyanın dövlət orqanlarında oturan erməni əsilli şəxslərin bir çoxunda artıq ikrah hissi oyatmaqdadır. Amma onların hər hansı ciddi addım atacaqlarına şübhə edirəm. Vahimə və qorxu içində olan bu insanlar hər hansı bir hərəkətlərinin rusların xoşuna gəlməyəcəyindən ehtiyatlanırlar”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info