Azərbaycanın dünya miqyasında tanınmasında Heydər Əliyevin xidmətləri misilsizdir
Tarix: 10.12.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər
Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, ölkəmizin dünyada tanınmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin parlaq dühası, geniş dünyagörüşü, görkəmli siyasi xadim kimi nüfuzu sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşaraq, ölkəmizin təbliğində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 10-da - Beynəlxalq İnsan Hüquqları Günündə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun nəticələrini uşaqlara çatdırmaq üçün təşkil olunan Liderlik Məktəbində səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev çağdaş tariximizdə müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan görkəmli şəxsiyyət, nüfuzlu rəhbər kimi əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti dünya məkanında özünə layiqli yer tutub. Azərbaycanın dünya miqyasında layiq olduğu yeri tutmasında məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi dayanır.
Dahi şəxsiyyətin uzaqgörən strategiyasının onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan ombudsman E.Süleymanova deyib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb. Ombudsman Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində ölkəmizdə uşaq hüquqlarının təmin olunması istiqamətində də mühüm işlərin görüldüyünü qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaqların hüquqlarının qorunmasını, onların yüksək təhsil almalarını, bilik və bacarıqlarının artırılmasını, istedadlı uşaqların üzə çıxarılmasını daim diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.
Tədbirdə uşaqlarının hüquqlarının müdafiəsi sahəsində ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə ətraflı məlumat verilib, uşaqlar üçün ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı bildirilib. On yeddi ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Liderlik Məktəbi uşaqların iştirakı ilə onların həyatında dönüş yaratmaq, hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənmələrinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişmələrinə xidmət edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında bildirib ki, ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi və “Liderlik Məktəbi” 15 ildən artıqdır səmərəli fəaliyyət göstərir. Ötən dövrdə məktəbi bitirən 1500-dən artıq uşaq “Gənc Heydərçi” və lider kimi yetişib. Hazırda 17-ci tədris ilində Liderlik Məktəbinə Bakının müxtəlif təhsil müəssisələrinin 100-dək şagirdi könüllü cəlb olunub. Eyni zamanda, 2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizdə ənənəvi olaraq keçirilən Azərbaycan Uşaqlarının Ümumrespublika forumlarında Liderlik Məktəbinin üzvləri də fəal iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq İli” elan olunub. Uşaqların hüquqlarının müdafiəsi və bu sahədə mövcud vəziyyətin təhlili və öyrənilməsi baxımından cəmiyyətin həssaslığının artırılması məqsədilə, eləcə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın icrasına uyğun olaraq, 2009-cu il dekabrın 16-19-da Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu keçirilib. Növbəti Forum 2011-ci il noyabrın 16-da təşkil olunub. 2014-cü il noyabrın 19-da isə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və UNICEF ilə birgə III Ümumrespublika Forumu keçirilib. Bu il noyabrın 20-də keçirilən IV Forumda daha bir yeniliyə imza atılıb. Belə ki, uşaqlar hökumət nümayəndələri ilə dialoq aparmaq, onlara suallar ünvanlamaq imkanı qazanıblar. Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, beynəlxalq təşkilatlara bəyanat ünvanlanıb, Forumun Bəyannaməsi qəbul edilib.
Çıxışlardan sonra Liderlik Məktəbinin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun işində aparıcı, qruplarda moderator və iştirakçı qismində iştirak edən üzvləri rəy və təkliflərini bildirib, onları maraqlandıran suallara cavab alıblar.




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Prezident Davos forumunda çıxış edəcək
18.01.2018
ABŞ-da 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı kampaniya
17.01.2018
Peşə təhsili müəssisələrində çalışan müəllimlərin maaşı 2 dəfə artırıldı
17.01.2018
Bakı Paylayıcı Şəbəkəsinin yeni binası və yarımstansiyaların açılışı olub (Yenilənib)
17.01.2018
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info