Osloda Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
Tarix: 10.12.2017 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlər həmişəki kimi, 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım günündə baş tutub. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh Mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.
2017-cı il Nobel Sülh Mükafatı Oslo Şəhər Ratuşasında “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatına təqdim olunub. Norveçin Kralı V Haraldın iştirakı ilə keçirilən təntənəli mərasimdə Kral ailəsi, ölkənin Baş naziri, hökumətin və Ali Məhkəmənin üzvləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen, tarixə nəzər salaraq, nüvə silahının insanlığa yaratdığı təhlükə barəsində söz açıb. O xatırladıb ki, Nüvə silahının yayılmaması haqqında müqavilənin (NSYM) olmasına baxmayaraq bu növ silahdan istifadə təhlükəsi hələ də mövcuddur. Berit Reiss-Andersen deyib ki, “İCAN” bu mükafata nüvə silahının qadağan olunması ilə bağlı həyata keçirdiyi addımlarına görə layiq görülüb.
“Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya”nın İcraçı direktoru Beatrice Fihn Norveç Nobel Komitəsinə təşkilatın işini tanıdığına və dəstək olduğuna görə minnətdarlığını bildirib. Nüvə silahlarının bu gün insanlığa böyük təhlükə yaratdığını vurğulayan Beatrice Fihn deyib ki, “nüvə silahları ilə bağlı “hekayə” bir gün sona çatacaq və bu sonun nə olacağı insanlardan asılıdır”. O, bir daha dünya ölkələrinə səslənərək nüvə silahından istifadənin tam qadağan olunmasına çağırıb.
Sonda, 1945-ci ildə Xirosima şəhərində nüvə bombardmanını yaşamış “İCAN” təşkilatının fəalı Setsuko Thurlov çıxış edərək, öz həyatından və nüvə silahının faciəvi nəticələrindən söz açıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Beynəlmiləl Yazıçılar İttifaqı azərbaycanlı yazıçını fəxri diplomla təltif edib
26.09.2018
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
26.09.2018
Timur Əsgərovun iştirakı ilə Mariya Teatrında “Yay gecəsində yuxu” baleti oynanılacaq
26.09.2018
“Qu gölü” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda nümayiş etdiriləcək
26.09.2018
Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri təyin edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info