Bu il kimlər Nobel Mükafatına layiq görüldülər?
Tarix: 11.12.2017 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, dekabrın 10-da Norveç və İsveçin paytaxtlarında Nobel mükafatının təqdimetmə mərasimləri keçirilib. 2017-cı il Nobel Sülh Mükafatı “Nüvə silahlarını ləğv etmək üçün beynəlxalq kampaniya” (İCAN) təşkilatının İcraçı direktoru Beatrice Fihnə təqdim edilib.
AZƏRTAC digər laureatların adlarını təqdim edir.
Fizika sahəsində builki Nobel Mükafatı LIGO detektorunun inkişafına verdiyi həlledici töhfələrinə və qravitasiya dalğalarının müşahidəsinə görə üç amerikalı alimə - Rainer Vaisə, Bərri Bərişə və Kip Törneyə verilib.
Kimya üzrə Nobel Mükafatına müvafiq olaraq, məhlulda biomolekulların yüksək həlletmə qabiliyyətli strukturunun müəyyənləşdirilməsi üçün kryo-elektron mikroskopiya texnologiyalarını inkişaf etdirmələrinə görə - alman əsilli amerikan Yoakim Frank, isveçrəli Jak Duboşey və britaniyalı Riçard Handerson layiq görülüblər.
Fiziologiya və təbabət sahəsi üzrə Nobel Mükafatları amerikalı Ceffri C Hall, Maykl Rosbaş və Maykl Yanga təqdim edilib. Onlar bu mükafatı “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə alıblar.
Ədəbiyyat sahəsində Nobel Mükafatına isə yapon əsilli britaniyalı yazıçısı Kadzuo İşiquro layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatı “davranış iqtisadiyyatı” sahəsində tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard H. Thalerə verilib.
Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı laureatlara Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı da verilib.
Sonda Nobel Mükafatı laureatları və qonaqlar üçün rəsmi ziyafət verilib.




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info