“Gazprom”: “Şimal axını 2” 2019-cu ilin sonunadək başa çatdırılacaq
Tarix: 11.12.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şimal axını 2” təbii qaz boru kəməri layihəsi Avropanın aparıcı enerji şirkətlərinin dəstəyi ilə planlaşdırılan vaxtda reallaşacaq: “Layihə nəzərdə tutulan vaxtda tamamlanacaq və boru kəməri 2019-cu ilin sonunadək istifadəyə veriləcək”.
“Gazprom” layihə ilə bağlı icazələrin alındığını və beynəlxalq ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatının Almaniya, Danimarka, Finlandiya və İsveçrənin müvafiq orqanlarına təqdim edildiyini bildirib. Bu ölkələrdə təbii qaz kəmərinin müvafiq hissələrinin tikintisi üçün icazələrin alınmasına dair ərizələr də təqdim olunub.
Qeyd edək ki, 200 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarından bəziləridir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
25.09.2018
Prezident Bolqarıstan nümayəndə heyətini qəbul edib
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info