Ağsaqqallar Şurasının nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini anıblar
Tarix: 11.12.2017 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Şuranın üzvləri müasir müstəqil dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanda dahi liderin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Jurnalistlərə müsahibəsində Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O deyib ki, Heydər Əliyev keçmiş Sovet İttifaqı dövründə Azərbaycanı 15 respublika arasında ön sıralara çıxardı. Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycan üçün doğulmuşdu, Azərbaycan üçün də yaşadı. Heydər Əliyev xalqımızın təkidi ilə siyasi hakimiyyətə gəlməklə və ölkəyə rəhbərlik etməklə Azərbaycanı dünyaya tanıtdı.
Fəttah Heydərov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda Azərbaycan dünyada sülhün, əmin-amanlığın nümunəsidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Ağdaşda yeni körpələr evi-uşaq bağçası tikilir
20.06.2018
Yay gəlir...
20.06.2018
Qazaxda “Ehtiyat səyyar ASAN 2 xidməti”ndən 3 mindən çox sakin yararlanıb
20.06.2018
Erkən nikahlarla bağlı regionlarda tədbirlər keçirilir
20.06.2018
Özəlləşdirilən dövlət əmlakları biznes layihələrinin reallaşmasını mümkün edir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9433

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Putin Paşinyanı alçaldıb
4 Regional geosiyasi vəziyyət müzakirə edilib
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info