“Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığı daha da genişləndirilməlidir”
Tarix: 11.12.2017 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.
 
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğulayıb. Dövlət başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
 
Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu deyib. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirib ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
24.06.2018
Prezidentin Mətbuat Xidmətinin məlumatı
24.06.2018
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
24.06.2018
Azərbaycan prezidenti: “Azərbaycan və Rusiya arasında konstruktiv münasibətlər mövcuddur“
24.06.2018
“Türk Ulduzları” aviasiya qrupu ölkəmizə gəlib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9457

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info