BANM-də Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb
Tarix: 11.12.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin “TwentyEighty Strategy Execution” (STRATEX) şirkəti, ABŞ-ın Corc Vaşinqton Universiteti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinin növbəti – “Stream 18” qrupunun təqdimat mərasimi olub.
BANM-dən bildiriblər ki, tədbirə bu ali məktəbin rektoru Elmar Qasımov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov, “Azərsu” ASC-nin aparat rəhbəri Möhsün Quliyev və yeni qrupun müxtəlif aparıcı şirkətlərdən olan iştirakçıları qatılıblar.
E.Qasımov BANM-in və Layihələri İdarəetmə Məktəbinin uğurlu fəaliyyətindən danışıb. Rektor rəhbərlik etdiyi ali məktəbin təşkilatçılığı ilə həyata keçirilən proqrama önəm verdikləri üçün qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə T.Cabbarov, B.Aslanbəyli və A.Şəfəqqətov Layihələri İdarəetmə Məktəbinin bu sahə üzrə mütəxəssis hazırlığında böyük rola malik olduğunu bildirib və iştirakçılara uğurlar arzulayıblar.
“Stream 18” qrupunun iştirakçıları təmsil etdikləri şirkət haqqında məlumat veriblər. Proqramda SOCAR-ın baş ofisinin, “Azərsu” ASC, BP, “CBMC”, “CNFA”, “Ernst&Young”, “Neftqaztikinti”, “Azərkimya”, “Azneft” İstehsalat Birliyi, “Worley Parsons” və digər şirkətlərin əməkdaşları iştirak edirlər.
Qeyd edək ki, Layihələri İdarəetmə Məktəbi son bir ildə dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərin böyük marağına çevrilib. Şirkətlər öz seçilmiş mütəxəssislərinin ixtisasartırması haqqında düşünərkən üstünlüyü məhz Layihə İdarəetmə Məktəbinə verir. Burada proqramın iştirakçıları layihələrin idarəolunmasının yeddi modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramını keçir. Proqramı uğurla başa vuranlar həmin universitetinin magistr sertifikatı ilə təltif edilirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
12.12.2018
“Bakcell” müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
12.12.2018
DGK kollektivi Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib
12.12.2018
Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2018
“Milli-mənəvi dəyərlərimizin öyrənilməsində oxu mədəniyyətinin rolu“

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info