Xalçalarımız ABŞ və Almaniyada alıcılara təqdim olunacaq
Tarix: 11.12.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


“Azərxalça” ASC-nin Şəmkir və Horadiz filiallarında toxunan xalçalar ABŞ və Almaniyada keçirilən beynəlxalq satış sərgilərində alıcılara təqdim olunacaq.
Bu barədə “Azərxalça” ASC İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, satış sərgiləri 2018-ci ilin yanvar ayında təşkil ediləcək.
Vidadi Muradov bildirib ki, dekabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılan ASC-nin Quba filialında toxunan xalçaların da həmin sərgilərdə satışı təşkil oluna bilər. Gələn ilin yanvar-fevral aylarında Quba filialının ilk məhsulu hazır olacaq. Beynəlxalq satış sərgilərin təşkilinə kimi hazır olacaq xalçalar satışa çıxarıla bilər.
“Azərxalça” ASC yaranan vaxtdan biz xalçalarımızın tanıdılması və satışı istiqamətində iş aparmışıq. Məhsullarımız satış salonlarında, sərgilərdə nümayiş etdirilib. Artıq brendə çevrilmiş Azərbaycan xalçalarına xarici ölkələrdə tələbat var”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
Vidadi Muradovun sözlərinə görə, bu ilin sonuna kimi “Azərxalça” ASC-nin daha 7 filialının açılışı nəzərdə tutulub. Bununla da fəaliyyətə başlayan xalça istehsalı müəssisələrinin sayı 10-a çatacaq. 2018-ci ildə isə Prezident İlham Əliyevin tapşırığına əsasən daha 10 filialın əsası qoyulacaq. Bu xalça istehsalı müəssisələrinin fəaliyyətə başlaması ilə 3 min nəfər işlə təmin olunacaq.
Bu ilin sonuna kimi Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin əyirici boyaq fabrikinin tikintisinə başlanılacaq. Fabrik fəaliyyətə başladıqdan sonra respublikanın ayrı-ayrı rayonlarında yerləşən qoyunçuluq təsərrüfatlarında istehsal olunan yun regional tədarük məntəqələri vasitəsilə qəbul ediləcək. Bu məntəqələr Bərdə, Şabran, Şamaxı, Sabirabad və Naxçıvanda yaradılacaq.
“Belə bir müəssisənin yaradılması Azərbaycanın yun və təbii boyaq sənayesinin xarici idxaldan asılılığını aradan qaldıracaq, onun yerli xammal əsasında inkişafını təmin edəcək. Bunun üçün ölkəmizdə münbit şərait də var. Respublikamız həm yun, həm də təbii boyaq maddələrinin hazırlanması üçün kifayət qədər zəngin təbii ehtiyatlara malikdir”, - deyə Vidadi Muradov qeyd edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info