Avropa İttifaqı NATO-ya alternativ yaradır?
Tarix: 11.12.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


PESCO layihəsi Avropanın NATO-dan kənar müstəqil ordu yaratması istiqamətində atdığı ilk addımdır: 17 layihəsinin icrasına başlanıldı
Avropa İttifaqının müdafiə sahəsi ilə bağlı 17 layihəsinin icrasına başlanılıb. Həmin layihələr müdafiə sahəsində daimi strukturlaşmış əməkdaşlıq (PESCO) formatı çərçivəsində həyata keçirilir. Bu haqda Avropa İttifaqının rəsmisi Federika Moqerini məlumat verib. Ekspertlər hesab edir ki, bununla da Avropa İttifaqı NATO və ABŞ-dan kənar müdafiə sahəsində müstəqil addımlara start verib. PESCO layihəsi Avropanın NATO-dan kənar müstəqil ordu yaratması istiqamətində atdığı ilk addımdır. Moqerini bildirib ki, həmin 17 layihə müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşmanı təmin etməyə yönəlib. Bu ilin noyabr aynını 23-də Avropa İttifaqına üzv olan 23 ölkə, o cümlədən NATO-ya daxil olmayan Avstriya, Kipr, Finlandiya və İsveç Avropa İttifaqına rəsmi şəkildə müraciət edərək PESCO-ya qoşulmaq istəklərini qeyd ediblər. Daha sonra Portuqaliya və İrlandiya da müdafiə və təhlükəsizlik sahəsində yaradılan yeni formata qoşulmaq istəklərini açıqlayıblar. Avropa İttifaqının müstəqil müdafiə və təhlükəsizlik formatı olan PESCO-ya Britaniya, Danimarka və Malta qoşulmayıb. Onlar müdafiə və təhlükəsizlik sahəsində qüvvələrin toplanması və əməliyyatları birgə həyata keçirmək fikrindədirlər. Bir neçə ay əvvəl məlumatlar yayılmışdı ki, Avropa İttifaqı müstəqil müdafiəni təşkil etmək üçün 15 layihə hazırlayıb. Həmin layihə Avropa İttifaqı ölkələrinin müdafiə və təhlükəsizliyinin təmin olunması, qüvvələrin birləşməsi və birgə əməliyyatların həyata keçiriliməsini ehtiva edir. İlkin razılaşmaya əsasən PESCO çərçivəsində böhran reaksiya mərkəzinin yaradılması, dəniz müşahidə sistemlərinin müasirləşməsi, minaların axtarışı və məhv edilməsi üçün sualtı pilotsuz aparatların yaradılması, kiberhücum və kibermüdafiə sahəsində informasiya mübadiləsi, periferik şəbəkələrlə Avropa logistika xabının yaradılması, transsərhəd hərbi mobilliyin təmini üçün prosedurların standartlaşması və sadələşməsi, xaricdə təlimatçı missiyası həyata keçirəcək mərkəzin yaradılması və idarə edilməsi və fəlakət vaxtlarında hərbi gücdən istifadə ilə yardım edilməsi nəzərdə tutulur. Avropa İttifaqının ABŞ-a qarşı daha bir addımı Yaponiya ilə azad ticarət zonasının yaradılması ilə bağlı hazırlanan sazişdir. Avropa İttifaqı tarixində ən böyük saziş kimi dəyərləndirilən bu müqavilə dünya ÜDM-inin 30 faizini və 600 milyon nəfəri əhatə edəcək. Avropa Komissiyasının rəhbəri Yunker bildirib ki, 4 il ərzində hazırlanan saziş iqtisadi dəyərlə yanaşı “strateji əhəmiyyət” daşıyır. “Japan Times” yazır ki, Brüssel və Tokio arasında imzalanan saziş tərəflər arasında ratifikasiya olunandan sonra qüvvəyəm minəcək. Saziş Avropa bazarını yapon avtomobil və avtomobil hissələri üçün, Yaponiya bazarını isə Avropa süd və kənd təsərrüfatı məhsulları üçün açacaq. Tərəflər bir-birinin bazarına mal ixrac etmək üçün gömrük rüsumlarını ya azaldacaq, ya da 8 il ərzində ləğv edəcək. Yaponiya bu sazişlə Tramp tərəfindən dayandırılan Transatlantik əməkdaşlıq sazişinin yaratdığı ikitərəfli kompensasiya etməyi planlaşdırır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info